Icma.az
close
up
RU
“TikTok”da onlarla şəxs intim görüntülərlə şantaj edilib BMCMİ dən əməliyyat

“TikTok”da onlarla şəxs intim görüntülərlə şantaj edilib BMCMİ dən əməliyyat

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“TikTok”da saxta qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs polis əməkdaşları tərəfindən ifşa olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə, domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Vətəndaşların Daxili İşlə Nazirliyinə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.

İlkin məlumata görə, o, qanunsuz pul tələblərinə 700 manatdan başlayıb və getdikcə məbləği daha da artırıb.

Fakt üzrə Ş.Fətullayevə qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat xidməti zərərçəkmişlərin şəxsiyyəti barədə sorğunu şərh etməyib. Qurum vətəndaşlara müraciət edərək vurğulayıb ki, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs diqqətli olmalı, yayılma ehtimalı olan şəxsi görüntüləri paylaşmamalıdır. Əgər kimsə sosial şəbəkələrdə hədə və təhdidə məruz qalırsa, dərhal Daxili İşlər Nazirliyinə müraciət etməli və ictimai təhlükəli əməllərin qarşısının alınmasında təşəbbüskar olmalıdır.

Qeyd edək ki, cinayət işi üzrə onlarla zərərçəkmiş var. Əldə etdiyimiz məlumata görə, onların arasında müxtəlif vəzifələrdə çalışan şəxslər də yer alır.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri