“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının həbs müddəti uzadılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.
Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb
Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















