“Tiktok”da qadına yazdığı sevgi mesajı BAŞINA BƏLA OLDU
Icma.az, Bizim media saytına istinadən bildirir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəna Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, hadisə 2024-cü ildə Bərdə şəhəri, Təzə Məhlələr adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, Rəna Əsədova əri, zərərçəkmiş Mahir Əsədovun (şərti) istifadəsində olan mobil telefonda şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər qadınla sevgi xarakterli, habelə həmin qadına göndərilmiş mesajların arasında onun şəxsiyyətinin alçaldılması ilə bağlı olan mesajları görüb. Sonra qadın ərini yuxudan oyadıb, evin mətbəx otağına çağırıb. O, orada ərindən etdiyi xoşagəlməz hərəkətlərə görə izah tələb edərkən aralarında şəxsi münasibətləri zəminində mübahisə baş verib. Bu zaman Rəna mətbəxdən götürdüyü şüşə sürahi ilə qəsdən Mahirin təpə nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirib.
Rəna Əsədova məhkəmədə ifadəsində bildirib ki, əri Mahir “Tiktok”da tanış olduğu qadınla ona xəyanət edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















