Icma.az
close
up
RU
Tiktokda qadınları təhqir etdi: həbs olundu

Tiktokda qadınları təhqir etdi: həbs olundu

Icma.az bildirir, Axar.az portalına istinadən.

Tiktok sosial şəbəkəsində əxlaqsız video və fotolar paylaşan Hafiz Xəyyam oğlu Paşayev həbs edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Hafiz Paşayevin barəsində fevralın 16-da Masallı rayon polis şöbəsinə müraciət olunub.

Müəyyən edilib ki, o, Tiktokda istifadəçilərin foto və şəkilləri fonunda nalayiq səslər paylaşıb. Onun barəsində araşdırma başlanıb.

H.Paşayev həmin gün saat 15 radələrində polis şöbəsinin təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavabda "yaxşı elədiyini" bildirib, əsəbiləşərək otaqda səs-küy yaradıb. O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.

İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib. Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərini yayıb:

“Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən, tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam. Xanımlar mənə qarşı sosial şəbəkədə söyüşlər ünvanlayıblar. Sosial şəbəkədə tanış olmaq üçün onlara yazmışam, pis niyyətim olmayıb. Masallı rayon polis şöbəsinə dəvət olunduğum üçün əsəbi olmuşam. Özümdən asılı olmayaraq söyüş söyməyə başlamışam”.

H.Paşayev barəsində tərtib edilmiş protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunub. Fevralın 17-də keçirilən prosesdə qərar verilib. O, 20 gün müddətinə həbs edilib.

Onun cəzasının əvvəli saxlanıldığı vaxtdan, 16 fevral saat 16:30-dan hesablanması barədə qərar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri