Icma.az
close
up
RU
Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür

Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, “Bəniz” kimi tanınan tiktoker Aybəniz Xəlilova şantaja görə cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən tiktokerin əməlindən əziyyət çəkən şəxs işin istintaqından narazıdır. Zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək işin nəzarətə götürülməsini xahiş edir:

“Xəlilova Aybəniz Səyyaf qızı məni rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə təhdid edərək bir ildən artıq müddət ərzində 836 min manatdan çox - 1 milyona yaxın pulumu hissə-hissə ələ keçirib. 

Bununla da kifayətlənməyərək ailəmi təhdid etməyə başlayıb, azyaşlı uşaqlarımı güdüb üstlərinə maşın sürüb, bu kimi hərəkətləri ilə ailəmizə zülm yaşadıb. Mən Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə 14.11.2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanıb. 

Noyabrın 21-də Xəlilova Aybəniz Səyyaf qızı şübhəli şəxs qismində tutulub, 23-ü tarixində isə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib”.

Zərərçəkən iddia edir ki, Aybəniz görüşlərdə dəfələrlə vəzifəli şəxslərlə münasibətinin olduğunu deyib, ona heç kəsin, heç nə edə bilməyəcəyini bildirərək təsir edib:

“Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət var, bu yollarla Aybəniz Xəlilova Apellyasiya Məhkəməsinə də təsir edərək azadlığa çıxıb”.

X.Kərimov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edirəm. Mənə kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm. Hesab edirəm ki, əks halda tiktok və digər sosial şəbəkələrdə Aybəniz kimi şəxslərin cəzasız qaldığını görüb başqaları da onun kimi qanunsuz əməllərə yol verəcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri