Icma.az
close
up
RU
Tiktoker Çevik buna görə döyülübmüş Vəkili DANIŞDI

Tiktoker Çevik buna görə döyülübmüş Vəkili DANIŞDI

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələdə döyülən “Çevik” adlı tiktoker, qazi Məqsəd Bağırovun vəkili açıqlama verib.

Turkustan.az xəbər verir ki, hüquqşünas Rəhim Xoyski hadisənin təfərrüatı haqda danışıb.

O deyib ki, “Çevik”i çayxanaya dəvət edib, orada döyüblər:

“Kamran Bilalov ortaq tanışları Fəqan Məlikzadə vasitəsilə Məqsəd Bağırovu dini söhbətlərin müzakirəsi üçün Qəbələdə yerləşən çay bağında görüşə çağırıb. Məqsəd Bağırov dəvəti qəbul etdikdən sonra görüş restoranın kabinetində baş tutub. Söhbət dini mövzuda başlamazdan əvvəl Məqsəd Bağırov siqaret çəkmək üçün kabinetin qapısına çıxıb, Fəqan Məlikzadə isə kabinetdə qalıb. Həmin vaxt Kamran Bilalov onun ardınca çıxaraq, dini məzmunlu video çəkilişlərinin dayandırılmasını tələb edib.

Məqsəd Bağırov bu tələbə cavab verməyə imkan tapmamış, onun baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Zərbələr nəticəsində Məqsəd Bağırov yerə yıxılıb.

Səs-küyü eşidərək kabinetdən çıxan Kamran Bilalov Fəqan Məlikzadəyə “Bunu aparın, yoxsa onu doğrayacağam” deyərək hədə-qorxu gəlib. Bundan sonra Fəqan Məlikzadə Məqsəd Bağırovu hadisə yerindən uzaqlaşdırıb”.

O qeyd edib ki, Məqsəd Bağırov üçün yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər:

“Baş verənlərlə bağlı dərhal polis xidmətinə müraciət edilib.

İstintaq çərçivəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizası zamanı aparılan müayinələr nəticəsində Məqsəd Bağırovun sağ orbital nahiyəsində yumşaq toxumaların şişkinliyi və dərialtı hematoma, habelə burun sümüyünün sınığı aşkar edilib.

Həmin gün Məqsəd Bağırov müalicə məqsədilə xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin qənaətinə görə, yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər”.

“Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində istintaq aparılır. Əldə olunan məlumatlar əməlin dini fanatizm zəminində törədildiyini düşünməyə əsas verir. Hadisəyə hüquqi qiymətin verilməsi istintaqın səlahiyyətindədir və bununla bağlı müvafiq vəsatətlərlə çıxış edirik. Hadisəyə tam və obyektiv hüquqi qiymət verilməsi üçün bütün qanuni addımlar atılır və atılacaq. İşin gedişatı barədə ictimaiyyət mütəmadi formada məlumatlandırılacaq”, – deyə hüquqşünas bildirib. (Azxeber.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri