Icma.az
close
up
RU
TikToker İlhamə Elşadqızı anasının öz məhkəməsində dindirilməsini istəyir

TikToker İlhamə Elşadqızı anasının öz məhkəməsində dindirilməsini istəyir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Televiziya kanallarında ekspert kimi çıxış edən və ötən ilin dekabrından həbsdə olan TikToker-şairə İlhamə Elşadqızının (Əsgərova) məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, avqustun 13-də keçirilən məhkəmə prosesində hakim məlumat verib ki, məhkəmədə dindirilməli şahidlərdən bir nəfər qalıb, o da ezamiyyətdə olduğuna görə gəlməyib. Hakim Anar Sadıqov onun istintaqa ifadəsilə kifayətlənməyin mümkün olub-olmaması, yoxsa məhkəməyə gəlməyinin vacibliyilə bağlı tərəflərin fikrini soruşub.

İlhamə Elşadqızının vəkili bildirib ki, həmin şahidin məhkəməyə gəlməsi zəruridir, ona sualları olacaq.

Daha sonra vəkil TikToker-şairənin anası Almaz Əsgərovanın əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, İlhamə Əsgərova evində saxlanılarkən anası da orada olub, baş verənlərə şahidlik edib. Bu səbəbdən onun dindirilməsini istəyirlər.

Hakim bildirib ki, Almaz Əsgərovanın dindirilməsi barədə vəsatətdə şahidin doğum tarixi, ata adı və s. məlumatlar göstərilməyib. Bu səbəbdən də vəsatət tam deyil. Vəkil qeyd edib ki, vəsatəti tam şəkildə hazırlayıb, növbəti məhkəmə prosesində bir daha təqdim edəcək.

Daha sonra vəkil, hüquqlarını müdafiə etdiyi İlhamə Elşadqızının barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Müdafiəçi vəsatətini əsaslandırarkən bildirib ki, müvəkkili cəmiyyətdə tanınan şəxsdir: “Ulu öndər tərəfindən birdəfəlik mükafata layiq görülüb, prezidentə aid şeirlərin müəllifidir. Cəmiyyətdə tanınan şəxsdir”.

Prokuror vəsatətə münasibət bildirərkən xatırladıb ki, məhkəmənin hazırlıq iclasında da müdafiə tərəfi bu barədə vəsatət vermişdi: “Bu məsələ ilə bağlı əsaslar aradan qalxmayıb. Həbs qətimkan tədbirinin dəyişməsi üçün əsas yoxdur”.

Məhkəmə vəsatəti təmin etməyib.

İlhamə Elşadqızının işi üzrə məhkəmə prosesi sentyabrın 3-də davam edəcək.

Qeyd edək ki, İlhamə Elşadqızı 2024-cü il dekabrın 24-də yaşadığı evdə - Yasamal rayonu, salatın Əsgərova 64 ünvanında polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik və psixotrop tərkibli maddələri əldə etmə, daşıma, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunur. İttihama əsasən, evdə şkafda şantasının içindən 5,033 qram narkotik tapılıb. Lakin o, özünü təqsirli bilmir, narkotikdən tamamilə uzaq olduğunu və “TikTok”da səsləndirdiyi ifadələrə görə cəzalandırıldığını deyir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see383

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see133

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see133

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see120

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri