Icma.az
close
up
RU
Timoşenko: “Rəqibləri təmizləyirlər” VİDEO

Timoşenko: “Rəqibləri təmizləyirlər” VİDEO

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, xanım Timoşenko istintaq tədbirlərinin “asayişlə heç bir əlaqəsi olmadığını” deyib.
Siyasətçi özünün “Facebook” səhifəsində bütün gecəni davam edən istintaq tədbirlərinin yanvarın 14-də səhər saatlarında “Batkivşina” partiyasının ofisində yekunlaşdığını təsdiqləyib. Yuliya Timoşenkonun sözlərinə görə, müstəntiqlər onun iş telefonlarını, parlament sənədlərini və şəxsi əmanətlərini müsadirə ediblər.
- Asayişlə heç bir əlaqəsi olmayan təcili istintaq hərəkətləri. Dişinə qədər silahlanmış otuzdan çox şəxs heç bir sənəd təqdim etmədən binanı ələ keçirib və əməkdaşları girov götürüb. Sonuncu dəfə Ləyaqət İnqilabı zamanı Yanukoviçin hücumçuları bizə belə soxulmuşdu. Amma o vaxtlar heç olmasa əl buyruqçusu oaln Peçersk məhkəməsindən bir kağız parçası ilə müdaxilələrini ört-basdır edirdilər. İndi heç bu da yox idi”, - Timoşenko bildirib.
Axtarışı “kütləvi piar gedişi” adlandıran siyasətçi bütün absurd ittihamları qəti şəkildə rədd etdiyini söyləyib.
- Görünür, seçkilər əvvəllər düşünüldüyündən daha yaxındır və kimsə rəqiblərin təmizlənməsinə başlamaq qərarına gəlib”, - “Batkivşina” partiyasının sədri və Ali Radadakı farksiyasının rəhbəri xanım Timoşenko vurğulayıb.
Yuliya Timoşenko da şübhə altına düşdü Xatırladaq ki, bundan əvəvl Ukraynanın antikorrupsiya orqanları Ali Rada fraksiyalarından birinin lideri tərəfindən korrupsiya pozuntularının aşkarlanması barədə məlumat yaymışdı.
“Ukrainska pravda”nın siyasi dairələrindəki mənbələrinin məlumatına görə, şübhə ilə bağlı “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenkoya məlumat verilib.
Eyni zamanda, öz mənbələrinə istinad edən “Obozrevatel” nəşri bu məsələnin Ali Radada səsvermə zamanı qeyri-qanuni müavinət almaqda şübhəli bilinən hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Yuri Kiselin işi ilə bağlı ola biləcəyini yazıb.
Nəşrin digər mənbələri isə “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyadan söhbət getdiyini ehtimal edirlər.


Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri