Timoşenkonun cəzası bilindi Məhkəmədən qərar
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenko barəsində hansı cəza tədbirinin seçiləcəyinə dair mövqeyini müəyyənləşdirib.
Globalinfo.az xəbər verir ki, prokurorluq məhkəmədən Timoşenkonun 50 milyon qrivna (təxminən 1,15 milyon dollar) məbləğində girovla azadlığa buraxılmasını və ona müəyyən öhdəliklərin tətbiqini xahiş edəcək.
Müvafiq vəsatət artıq məhkəməyə təqdim olunub. Bu məsələ ilə bağlı məhkəmə iclasının yanvarın 16-da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, yanvarın 14-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) “Batkivşçina” fraksiyasının rəhbəri Yuliya Timoşenko barədə şübhəli şəxs qismində qərar çıxarıb. Ona digər fraksiyaların deputatlarına konkret qanun layihələri üzrə lazımi səsvermə üçün rüşvət təklif etmək ittihamı irəli sürülüb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Yanvar 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















