Timsahlar və ilanlarla 36 saat! Bataqlığa düşən təyyarədə dəhşət dolu anlar
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amazon bölgəsində bataqlığa düşən təyyarənin sərnişinləri timsahlar və ilanlarla dolu suda 36 saat boyunca xilas edilməyi gözləyiblər.
Sherg.az xəbər verir ki, Boliviya rəsmilərinin verdiyi məlumata görə, qəzadan sonra bir uşaq, üç qadın və pilot helikopter vasitəsilə xilas edilib.

Qəza, ölkənin şimal-şərqində yerləşən Beni bölgəsində, Bauresdən Trinidada olan uçuş zamanı baş verib. Pilot Pablo Andres Velarde yerli mediaya verdiyi açıqlamada təyyarənin "məcburi eniş" zamanı bataqlığa düşərək baş-ayaq vəziyyətə gəldiyini bildirib.
Velarde, xilas olana qədər təyyarənin üstündə gözlədiklərini və bu müddətdə ətraflarının böyük timsahlarla əhatə olunduğunu qeyd edib:
“Timsahlar bizdən cəmi bir neçə metr uzaqlıqda idilər. Gecə-gündüz bizi izlədilər, amma yaxınlaşa bilmədilər.”
Sərnişinlərin eyni zamanda ağcaqanadlar və suda görünən ilanlarla da mübarizə apardıqları, yemək olaraq isə yalnız təyyarədən qurtarıla bilən az miqdarda maniok unu ilə kifayətləndikləri bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 May 2025 03:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















