Icma.az
close
up
RU
Tirana sammitini Azərbaycan növbəti uğur faktına çevirməyi bacardı

Tirana sammitini Azərbaycan növbəti uğur faktına çevirməyi bacardı

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Bu gün birləşmiş Avropanın ürəyi Tiranada - Albaniyanın paytaxtında döyünür desək, heç də səhv etmərik. Belə ki, Tirana bu gün “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına ev sahibliyi edir. Açılış mərasimində sözsüz ki, Prezident İlham Əliyev də iştirak edir. Azərbaycan Prezidentinin bu səfərini sözün bütün mənalarında triumfal səfər hesab etmək olar. Çünki dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına bütün istiqamətlərdə - həm sahədə, həm masada, həm də geosiyasətdə həlledici üstünlük qazanmış ölkənin qalib lideri kimi qatılıb.
Səfər zamanı kuluarlarda və toplantı zalında yaşanan olduqca maraqlı anları da yəqin ki, hamınız izlədiniz. Prezident İlham Əliyevin Avropa Ittifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı hər iki Aİ lideri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdi. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusilə vurğulandı.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və Nikol Paşinyanla söhbət edərkən, Ermənistanın uğurlu gələcəyinin yalnız Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqdan asılı olduğu həqiqətini bir daha Ermənistan baş nazirinin diqqətinə çatdırdı. O, həm də əsl ağsaqqal ədasıyla və təcrübəli siyasət qrossmeyestri kimi Paşinyanı başa saldı ki, bundan sonra kənar yerlərdə havadar axtarmasın.
Eyni ovqatı Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də müşahidə etdik. Belə ki, İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edərkən, Emmanuel Makron İlham Əliyevə yaxınlaşaraq onunla isti görüşdü və həmçinin, əliylə kənarda dayanmış Paşinyanı göstərərək səmimi söhbət etdi. Makron sanki bu hərəkəti ilə demək istəyirdi ki, indi Ermənistanın taleyi artıq Parisdən yox, Bakıdan asılıdır. Bu, həm də Fransanın Cənubi Qafqaz siyasətinin iflasa uğramasını təsdiqləyən anlar idi.
Əliyevin Paşinyanla ikili söhbəti də əsl qalib lider performansına uğun görüntülərlə müşayiət olundu. Bəli, bu görüş əsnasında Azərbaycan Prezidentinin davranışında, oturuşunda, danışığında xalqına və özünə böyük güvən diqqəti cəlb edirdi. Bu fikrimi yəqin ki, bədən dili mütəxəssisləri də təsdiqləyərlər. Qlobal xaosun hökm sürdüyü, yeni dünya düzəninin formalaşmasının təlatümlü proseslərlə müşayiət olunduğu hazırkı kritik məqamda Azərbaycan Prezidenti maksimum dəqiqliklə hesablanmış optimal xarici siyasət yürütməklə ölkəmizin geosiyasi mövqelərini daha da gücləndir və Azərbaycanın Qərblə Şərq, Qlobal Cənubla Qlobal Şimal arasında etmad körpülərinin qurulmasında, tərəfdaşlığın gücləndirilməsində, regional təhlükəsizliyin qorunmasında rolunu getdikcə artırır. Bütün bunlar da öz növbəsində İlham Əliyevə özünü daha əmin-arxayın, güclü və özgüvənli hiss etməsinə imkan verir. Beləliklə, qürurla deyə bilərik ki, İlham Əliyev Praqa sammitindən sonra Tirana sammitini də Azərbaycanın növbəti uğur faktına çevirməyi bacardı.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 May 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri