Icma.az
close
up
RU
TİRANADA ÜÇ MÜHÜM GÖRÜŞ Bakı Rusiyaya və Avropaya hansı mesajları verir?

TİRANADA ÜÇ MÜHÜM GÖRÜŞ Bakı Rusiyaya və Avropaya hansı mesajları verir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi (ASB) sammitində Prezident İlham Əliyevin iştirakı Azərbaycanın xarici siyasət kursunda yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib. Eyni zamanda, dövlət başçısı son illərdə münasibətlərin gərginləşdiyi Fransa Prezidenti Emmanuel Makronla da qısa görüş keçirib.

Bu səfər bir neçə geosiyasi və diplomatik kontekstdə xüsusi əhəmiyyət daşıyır:

Prezident İlham Əliyevin bu il Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etməməsi, lakin Avropa liderlərinin toplaşdığı Tiranadakı sammitdə iştirakı açıq siyasi mesaj kimi qiymətləndirilə bilər. Rusiya Prezidentindən gələn dəvətlərə baxmayarq Əliyevin parada getməməsi Bakının Moskva ilə münasibətlərə müəyyən məsafə qoyduğunun göstəricisi hesab oluna bilər.

Tiranadakı sammitə qatılmaqla Azərbaycan həmçinin Qərblə inteqrasiyada maraqlı olduğunu nümayiş etdirir. Bu, Bakının uzun illər davam etdirdiyi balanslaşdırılmış siyasətinin yeni mərhələyə keçdiyini göstərir.

Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü də diqqətəlayiqdir. Görüş vasitəçisiz, birbaşa formatda baş tutub və bu, Azərbaycan tərəfinin diplomatik kanalları açıq saxladığını, sülh prosesinə sadiqliyini nümayiş etdirir.


Fransa Prezidenti Emmanuel Makronla baş tutan görüş isə Azərbaycan-Fransa münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə işarədir. Son illərdə Fransa parlamentinin Qarabağla bağlı qəbul etdiyi təxribatçı qərarlar, Makronun Ermənistana açıq dəstəyi və Fransada aparılan anti-Azərbaycan kampaniyaları ikitərəfli münasibətləri  gərginləşdirmişdi. Tiranadakı bu qısa təmas münasibətlərdə gərginliyin azaldılması istiqamətində ilk addım kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv olmayan, lakin onun siyasi, iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyən ölkələr üçün yaradılıb. Azərbaycan bu platforma vasitəsilə Qərb paytaxtları ilə birbaşa siyasi dialoqu gücləndirmək, təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir.

Bütün bu proseslər Azərbaycanın  balanslaşdırılmış xarici siyasət kursunu dvam etdirdiyini, yalnız Avrasiya orbitində fəal olmadığını, Qərblə də əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Tiranada ASB sammitində iştirakı sadəcə diplomatik protokol deyil, xarici siyasət kusunun aydın şəkildə nümayiş etdirilməsi baxımından da əhəmiyyətlidir.

Moskva ilə müşahidə olunan soyuqluq fonunda Azərbaycan Qərb platformalarında iştirak etməklə öz geosiyasi balansını yenidən qurmağa çalışır. Qarşıdakı aylarda atılacaq addımlar bu istiqamətdə  daha aydın mənzərə formalaşdıracaq.

E. Rüstəmli
"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri