Icma.az
close
up
RU
Tiranadan Bakıya uzanan mətbuat körpüsü

Tiranadan Bakıya uzanan mətbuat körpüsü

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Albaniya qəzeti bir səhifəsini “Xalq qəzeti”nə həsr etdi

Albaniyanın paytaxtı Tiranada nəşr edilən “Gazeta e Alpeve” qəzeti 16–30 sentyabr 2026-cı il tarixli 126-cı sayının bir səhifəsini “Xalq qəzeti”nə həsr edib. Səhifədəki “Gazeta e Alpeve”nin  Azərbaycanda əks-sədası” adı ilə təqdim olunan  əsas yazı “Xalq qəzeti”nin 7 iyul 2026-cı il tarixli nömrəsində dərc edilmiş “Albanianın populyar nəşri Naxçıvandan yazdı” adlı məqalə əsasında hazırlanıb.

Albaniyalı tarixçi Entela Muçonun “Gazeta e Alpeve”də dərc olunmuş məqaləsində Naxçıvanın tarixi, siyasi və hüquqi statusu, Azərbaycanın tərkibindəki yeri, regionun geosiyasi əhəmiyyəti haqqında məlumat verilir. Məqalədə Naxçıvanın Azərbaycanın tarixi torpağı olması faktına diqqət çəkilir, müxtəlif tarixi dövrlər, arxiv sənədləri və beynəlxalq hüquqi sənədlər əsasında regionun statusu barədə məlumat təqdim olunur. Yazıda xüsusilə 1921-ci il Moskva və Qars müqavilələri kontekstində Naxçıvanın statusuna toxunulur və onun Azərbaycanın tərkibində muxtar ərazi kimi mövqeyi vurğulanır.

Albaniyalı müəllif Naxçıvanın yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqazın geosiyasi xəritəsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edir. Naxçıvanın Türkiyə ilə coğrafi yaxınlığı, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdəki rolu və regionun strateji mövqeyi də yazının mühüm istiqamətlərindəndir.

Məqalədə Naxçıvanın demoqrafik inkişafına da yer verilir. Əhalinin sayının tarixi dinamikası, regionda yaşayan azərbaycanlıların və müxtəlif etnik qrupların vəziyyəti haqqında məlumatlar təqdim olunur. Yazıya Naxçıvanın coğrafi mövqeyini və tarixi keçmişini əks etdirən xəritənin əlavə edilməsi də onun informasiya xarakterini gücləndirir.

Səhifədə Əməkdar jurnalist Namiq Qədimoğlu haqqında da ayrıca yazıya yer verilməsi diqqət çəkir. Albaniya nəşri Azərbaycanlı jurnalistin uzunillik yaradıcılıq və peşə fəaliyyətinə, “Xalq qəzeti”ndəki çoxillik çalışmalarına, jurnalistika sahəsindəki xidmətlərinə və Azərbaycan–Albaniya əlaqələrinin media müstəvisində işıqlandırılmasına xüsusi önəm verir. Yazıda Namiq Qədimoğlunun Albaniya mətbuatına göstərdiyi maraq, bu ölkənin ictimai-siyasi və mədəni həyatına dair materialları Azərbaycan oxucusuna çatdırmaq istiqamətindəki fəaliyyəti də qeyd olunur. Məqalədə onun “Gazeta e Alpeve” ilə əməkdaşlıq və dostluq münasibətlərinə də geniş yer ayrılır. Bu əlaqələr iki ölkənin media nümayəndələri arasında qarşılıqlı marağın, informasiya mübadiləsinin və peşəkar əməkdaşlığın nümunəsi kimi təqdim edilir. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri