“Titanik” faciəsində ən çox hansı ölkədən insan ölüb? Siyahı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Titanik” gəmisinin faciəvi şəkildə batması dünya tarixinin ən unudulmaz dəniz fəlakətlərindən biri kimi yaddaşlara həkk olunub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 1912-ci ildə baş vermiş hadisə beynəlxalq faciə hesab edilir.
Qəza zamanı gəmidə olan sərnişin və ekipaj üzvləri müxtəlif ölkələrdən olan insanlar idi. “Titanik”də həyatını itirənlər arasında ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və bir çox başqa ölkələrdən olanlar da olub.
Bəs batan gəmidə hansı ölkədən nə qədər insan həyatını itirib?
Rəqəmlər aşağıdakı kimidir:
İspaniya – 1 nəfər
Niderland – 1 nəfər
Çin – 2 nəfər
Portuqaliya – 4 nəfər
İsveçrə – 4 nəfər
Yunanıstan – 4 nəfər
İtaliya – 6 nəfər
Almaniya – 6 nəfər
Danimarka – 9 nəfər
Norveç – 18 nəfər
Finlandiya – 18 nəfər
Belçika – 18 nəfər
Bolqarıstan – 33 nəfər
Xorvatiya – 34 nəfər
Rumıniya – 41 nəfər
İrlandiya – 78 nəfər
İsveç – 86 nəfər
Böyük Britaniya – 223 nəfər
Osmanlı (Türkiyə) – 6 nəfər
Qəza zamanı həlak olan ABŞ vətəndaşlarının sayının yüzlərlə olduğu bildirilir.
Xatırladaq ki, “Titanik” suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi hesab olunurdu. İlk səyahəti zamanı – 1912-ci il aprelin 14-də Böyük Britaniyadan ABŞ-yə hərəkət edərkən Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1514 nəfər həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















