Icma.az
close
up
RU
Titanik faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?

Titanik faciəsindən neçə nəfər xilas oldu: Rəqəmlər niyə hələ də dəqiq deyil?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1912-ci ildə baş verən "Titanik" faciəsi üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, gəmidə neçə nəfərin olduğu və neçə nəfərin xilas edildiyi ilə bağlı suallara hələ də tam dəqiqliklə cavab vermək mümkün deyil. Fərqli mənbələrdə təqdim olunan məlumatlar az fərqlə də olsa bir-birindən fərqlənir.

Qaynarinfo xəbər verir ki, 1912-ci ilin aprel ayında Atlantik okeanına yola düşən "Titanik" adlı nəhəng sərnişin gəmisi ilk transatlantik səfərinə çıxdığı zaman, bu səyahətin bir neçə gün sonra dəniz tarixinin ən böyük faciələrindən birinə çevriləcəyi gözlənilmirdi. Təxminən 2.223 sərnişin və heyətlə yola çıxan gəmidən xilas olanların sayı bu rəqəmin yarısından da az oldu. Lakin bu göstəricilər günümüzə qədər rəsmi şəkildə tam təsdiqlənməyib.

Müxtəlif mənbələr, fərqli rəqəmlər

"Titanik" barədə yüz ildən artıq müddətdə saysız sənəd, kitab, film və araşdırma hazırlanıb. Ancaq gəmidə dəqiq olaraq neçə nəfərin olduğu və onlardan neçəsinin sağ qaldığı ilə bağlı məlumatlar müxtəlif mənbələrdə az da olsa fərqlənir.

1912-ci ilin may ayında ABŞ Senatı tərəfindən aparılan rəsmi araşdırmaya görə, "Titanik"də 2.223 nəfər olub və onlardan 706-sı xilas edilib. Eyni ildə Böyük Britaniyada keçirilən digər rəsmi istintaq isə fərqli rəqəmlər təqdim edib: bu hesabatda ümumi sərnişin və heyət sayı 2.201, xilas olanların sayı isə 710 göstərilib.

Bu kiçik fərqlərə baxmayaraq, hər iki araşdırmada ölüm və xilas nisbətləri bir-birinə yaxındır. Üstəlik, sağ qalmaq ehtimalının kimlər üçün daha yüksək olduğuna dair demoqrafik bölgülər də bir-biri ilə böyük ölçüdə üst-üstə düşür.

Xilas olanlar və ilk yardım

Faciədən sağ çıxan şəxslər əsasən gəmi batarkən endirilən qayıqlara çatan sərnişinlər olub. Ən böyük yardımı isə "Titanik"in təcili çağırışlarına cavab verən və hadisə yerinə ilk çatan "RMS Carpathia" gəmisi göstərib. Bu gəmi təxminən 700 nəfəri dənizdən toplayaraq sahilə çatdırıb.

Qayıqların sayının azlığı

Faciənin miqyasını böyüdən əsas səbəblərdən biri gəmidə kifayət qədər qayığın olmaması idi. Gəminin baş layihəçisi Aleksandr Karlayl əvvəlcə 48 qayığın yerləşdirilməsini təklif etmişdi. Lakin göyərtənin vizual baxımdan "çox dolu" görünməməsi üçün bu say azaldılıb və sonda yalnız 20 qayıq quraşdırılıb. Bu qayıqların ümumi tutumu isə maksimum 1.178 nəfərlə məhdud olub. Bu isə o demək idi ki, gəmidəki hər kəsin xilas olmaq imkanı heç başlanğıcdan mövcud deyildi.

Xilas olmaqda təsadüflərlə yanaşı sosial faktorlar da rol oynayıb

Xilas olmaq təkcə təsadüflərdən asılı deyildi. Sərnişinlərin bilet sinfi, cinsiyyəti və yaşı da bu baxımdan həlledici olub. O dövrdə dənizçilikdə geniş yayılmış "əvvəlcə qadınlar və uşaqlar" prinsipi "Titanik"də də kapitan tərəfindən açıq şəkildə bəyan olunmuş və əsasən tətbiq edilmişdi. Bu səbəbdən xüsusilə birinci sinifdəki qadın və uşaqlar arasında sağ qalma nisbəti yüksək olub.

Böyük Britaniya araşdırmasına görə, birinci sinifdəki qadınların 97 faizindən çoxu xilas edilib, uşaqlar isə tam şəkildə sağ qalıb. İstisna olaraq 2 yaşlı kanadalı Lorreyn Ellison adlı bir qızın xilas olmadığına dair bəzi iddialar mövcuddur, lakin bu barədə qəti faktlar mövcud deyil.

Buna qarşılıq birinci sinifdəki kişilərin yalnız 32 faizi xilas ola bilib. Ən aşağı göstərici isə ikinci sinif kişilər arasında qeydə alınıb – bu qrupda sağ qalma faizi cəmi 8-dir. İkinci sinif qadınların isə 86 faizi sağ çıxıb. Üçüncü sinifdə vəziyyət daha faciəvi olub: kişilərin yalnız 16 faizi, qadınların isə 46 faizi xilas ola bilib.

Simvolik dönüş nöqtəsi və davam edən təsir

"Titanik" faciəsi yalnız dənizçilik tarixinin deyil, həm də müasir dünyanın simvolik dönüş nöqtələrindən biri hesab olunur. Rəqəmlər tam dəqiqlik qazanmasa da, bu faciədən çıxarılan dərslər dəniz təhlükəsizliyi standartlarında əsaslı dəyişikliklərə səbəb olub və bu gün də araşdırmalar üçün mühüm istinad nöqtəsi olaraq qalır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri