“Titanik” filmində istifadə olunan skripka 54 min funt sterlinqə satılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 28 aprel, AZƏRTAC
Rejissor Ceyms Kemeronun 1997-ci il “Titanik” filmində istifadə olunan skripka İngiltərənin Viltşir bölgəsində keçirilən hərracda 54 min funt sterlinqə (təxminən 72 min ABŞ dolları) satılıb.
AZƏRTAC xəbər verir ki, bu skripkada filmdə gəminin batdığı səhnədə “Nearer My God to Thee” əsəri səsləndirilərkən orkestrin rəhbəri rolunu canlandıran musiqiçi və aktyor Conatan Evans-Jones ifa edib. Aktyor həmin filmdə istifadə etdiyi skripkanı 2013-cü ildə hərraca çıxarmışdı və skripka bir kolleksiyaçı tərəfindən satın alınmışdı. Bu il isə həmin kolleksiyaçı aləti “Henry Aldridge & Son” hərrac evi vasitəsilə yenidən satışa çıxarıb.
Hərracda satılan digər əşyalar arasında “Titanik” fəlakətindən sağ çıxan məşhur şəxsiyyətlərdən biri olan polkovnik Archibald Gracie tərəfindən yazılmış məktub da var idi. Bu məktub 300 min funt sterlinqə satılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















