Titanik in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
Icma.az bildirir, Axsham.az portalına istinadən.
"Titanik" filmində "Kel Hokli" obrazını canlandıran aktyor Billi Zeyn çəkiliş zamanı baş verən qalmaqallı hadisə ilə bağlı danışıb.
Axşam.az "Daily Mail"ə istinadən xəbər verir ki, aktyor 1996-cı ildə çəkiliş heyətinə verilən dəniz məhsulları şorbasına naməlum şəxs tərəfindən halüsinogen təsirə malik fensiklidin maddəsinin qatıldığını bildirib.
Hadisə nəticəsində rejissor Ceyms Kemeron və aktyor Bill Pakston da daxil olmaqla 50-dən çox nəfər zəhərlənib. Onların bir qismi xəstəxanaya aparılıb.
Kemeron vəziyyətdən qusaraq xilas olduğunu, Pakston isə çəkiliş meydançasına qayıdıb pivə içdikdən sonra özünü daha yaxşı hiss etdiyini deyib.
Billi Zeyn isə həmin gün çəkilişdə olmadığını bildirib. Onun sözlərinə görə, həmin axşam filmin müasir dövrə aid səhnələri lentə alındığı üçün o, prosesdə iştirak etməyib.
Hadisəni kimin törətdiyi ilə bağlı suala cavab verən aktyor "Nə təsdiq edə, nə də təkzib edə bilərəm" deməklə kifayətlənib.
Zeyn zarafatla əlavə edib ki, bəlkə də "Titanik"in uğurunun əsl sirri məhz bu hadisə olub. Film dövrünün ən çox gəlir gətirən ekran işi olub və 11 "Oskar" mükafatı qazanıb.
Baxış sayı:161
Bu xəbər 21 İyul 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















