Icma.az
close
up
RU
Titanikin ən bəxtsiz sərnişini o olub: 113 il sonra üzə çıxdı FOTOLAR

Titanikin ən bəxtsiz sərnişini o olub: 113 il sonra üzə çıxdı FOTOLAR

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

113 il əvvəl batan “Titanik” gəmisinin ən bəxtsiz sərnişini Ernest Tomlin olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gəmidə 3-cü dərəcəli restorana aid su ləkəli bilet parçası sərnişinlərdən birinin cəsədi üzərində tapılıb.

E.Tomlinə aid bu sənəd “Titanik” faciəsi ilə bağlı ailəsinin saxladığı, daha əvvəl görülməmiş arxivin bir parçasıdır.

“Daily Mail”in yazdığına görə, Ernest əvvəlcə “RMS Adriatic”də üçüncü dərəcəli bilet almışdı, lakin kömür tətillərinə görə o və bir neçə digər sərnişin Sauthemptondan Nyu-Yorka ilk səyahətində olan Titanikə köçürülüb.

Gəminin dəyişdirilməsini Ernestin lüks laynerə minərkən üçüncü dərəcəli sərnişinlərə verilən immiqrasiya sağlamlıq kartı sübut edir. Gəmi biletində “Adriatik” adının üstündən xətt çəkilib və “Titanik” yazılıb.

Əgər gəmi təyinat yerinə çatsaydı, bu kart Ernestin sağlamlıq kağızının qaydasında olduğunu sübut etmək üçün ABŞ səlahiyyətlilərinə göstəriləcəkdi.

“White Star Line” Ernestin İngiltərədəki kədərli anası Harrietə göndərilən məktublar da var. Məktublardan birində oğlunun ölümünü təsdiqləyir və onun cəsədinin immiqrasiya kartından istifadə edilərək tanındığını bildirir.

O, 15 aprel 1912-ci ildə “Titanik” aysberqə çırpıldıqdan sonra batarkən həlak olan 1517 sərnişin və ekipaj üzvləri arasında idi.
“White Star Line” sərnişin departamentindən mayın 23-də göndərilən başqa bir məktubda deyilir ki, Ernestin əşyaları hələ də Halifaks koronerinin ofisindədir, lakin vaxtında göndəriləcək.

Bu arxiv əvvəllər “Titanik mütəxəssisləri və kolleksiyaçılarına məlum deyildi və keçən əsrdə Tomlin ailəsində nəsildən nəslə ötürülmüşdü.

Hazırda bu sənədlər auksionda 150 min funta satılır. Ancaq vaxtilə həmin bilet Ernestin cəsədini tanımaq üçün istifadə edilmişdi.

Onun cəsədi çıxarılarkən geyidndiyi jiletinə tikdiyi və ABŞ-da istifadə etməyi planlaşdırdığı iki 1 dollarlıq əskinas da tapılıb.

Auksioner Endryu Aldric arxivi “son 30 ildə bazara çıxan ən bütöv Titanik arxivlərindən biri” adlandırıb. Bu arxiv 1912-ci ildən Tomlinin ailəsinin ixtiyarındadır və son 113 il ərzində yalnız arabir baxılıb.

Bu əşyalar bağlı seyfdə saxlanılırdı və əvvəllər heç vaxt görünməmişdi və Titanik kolleksiyaçılarına məlum deyildi.

Billurə Yunus


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri