Titanikin sərnişinlərini xilas edən kapitanın saatı rekord qiymətə satıldı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Titanik" laynerinin 700-dən çox sərnişinini xilas edən "Karpatiya" gəmisinin kapitanı Artur Rostonun saatı 2 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC "Henry Aldridge and Son" hərrac evinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 18 karat qızıldan hazırlanmış "Tiffany" saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla" yazısı həkk olunub.
Saat ABŞ-dən olan kolleksiyaçı tərəfindən satın alınıb. Məlumata görə, bu, "Titanik"lə əlaqəli əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında "Henri Aldridge and Son" saytında Astorun qızıl cib saatı təxminən 1,5 milyon dollara satıldığı zaman qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Noyabr 2024 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















