Icma.az
close
up
RU
TIXAC KABUSU YAXINLAŞIR... Ekspert xəbərdarlıq edir: paytaxtı daha çətin günlər gözləyir

TIXAC KABUSU YAXINLAŞIR... Ekspert xəbərdarlıq edir: paytaxtı daha çətin günlər gözləyir

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtda həyatı iflic edəcək mövsüm: dərs ili və “Formula-1” birləşir

Bakı artıq uzun illərdir ki, tıxac problemi ilə üz-üzədir. Paytaxtın küçə və prospektlərində nəqliyyatın sıxlığı günün müxtəlif saatlarında, xüsusən də pik vaxtlarda özünü daha qabarıq şəkildə büruzə verir. Səhər saatlarında işə və dərsə tələsən, axşam isə evlərinə qayıdan minlərlə insan yolların doluluğundan ciddi şəkildə əziyyət çəkirlər. Şəxsi avtomobilləri ilə və ya ictimai nəqliyyatla hərəkət edən insanlar saatlarla tıxacda qalmalı, bu dözülməz vəziyyətlə barışmalı olurlar. Nəticə etibarilə isə bu ajotajlı mənzərə sadəcə vaxt itkisinə deyil, həm də insanların gündəlik həyat keyfiyyətinə, əsəblərinə və iş rejiminə mənfi təsir göstərir.

Sentyabrın 15-dən məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə mövcud vəziyyətin daha da pisləşəcəyi ehtimal edilir. Belə ki, yeni tədris ili ilə bərabər paytaxt küçələrinə on minlərlə əlavə avtomobil çıxacaq ki, bu da insanların dərsə, işə gediş-gəlişini bir qədər də çətinləşdirəcək.

Eyni zamanda, ötən illərdə olduğu kimi, bu il də sentyabr ayında Bakıda ənənəvi “Formula-1” yarışının keçirilməsi nəzərdə tutulub. Yarış ərəfəsində paytaxtın mərkəzi küçələrinin bir hissəsinin bağlanması, alternativ yolların məhdudluğu və turist axını nəqliyyat yükünü daha da ağırlaşdıracaq.


Bəs maraqlıdır, Bakı küçələrinin hazırkı vəziyyəti belə bir duruma hazır görünürmü?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “AzPolitika”ya şərhində bildirib ki, adətən yeni tədris ili başlamazdan əvvəl də tıxaclar müşahidə olunur:Çünki həm Bakı şəhərində, həm də ətraf bölgələrdə yaşayan insanlar mövsümün başlaması ilə əlaqədar paytaxta üz tuturlar. Bu zaman da sıxlığın yaranması təbiidir. Lakin bu, o demək deyil ki, Bakıda digər vaxtlarda tıxac olmur. Paytaxtda tıxac problemi artıq xroniki hal alıb və insanlar buna öyrəşməyə başlayıblar”.

Ekspertin sözlərinə görə, təsəlli verici məqam odur ki, bu problemin aradan qaldırılması üçün kompleks tədbirlər planı hazırlanıb: “Bu, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramıdır. Proqramın əsas məqsədlərindən biri məhz paytaxtda və yaxın zonalarda tıxacların azaldılmasıdır. Bu, bir növ yol xəritəsidir və hər bir qurum öz fəaliyyətini həmin yol xəritəsinə uyğun qurmalıdır. İşlər elə aparılmalıdır ki, gələcək illərdə nə yeni tıxaclar yaransın, nə də mövcud sıxlıq davam etsin”.

Eldəniz Cəfərov bildirib ki, tıxacların yaranmasının çoxlu səbəbləri var: “İlk növbədə, Bakı iri sənaye və turizm mərkəzi, eyni zamanda mədəni həyatı zəngin bir paytaxtdır. Şəhərdə mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir, əhali sayı da sürətlə artır. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblər isə daha çox qayda pozuntuları ilə bağlıdır. Məsələn, yolların, piyada səkilərinin və parklanma yerlərinin zəbt olunması, yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə tikinti işlərinin aparılması da nəqliyyat infrastrukturunda problemlərə yol açır”.

Ekspert hesab edir ki, mərhələ-mərhələ dövlət proqramındakı bəndlərə əməl olunarsa, Bakıda tıxac probleminə son qoymaq mümkündür

“Yaxşı olar ki, ictimaiyyət bu proqramla yaxından tanış olsun. Doğrudur, media vaxtaşırı məlumat verir, amma daha geniş maarifləndirmə tədbirlərinə ehtiyac var. İnsanlar başa düşməlidirlər ki, bu proqramın məqsədi onların gündəlik həyatını asanlaşdırmaqdır. Əgər hər kəs üzərinə düşən qaydalara əməl etsə, ümumi məqsədimizə – tıxac problemini həll etməyə nail ola bilərik”, – deyə Eldəniz Cəfərov vurğulayıb.

Maraqlı bir məqamı vurğulamaq yerinə düşər ki, bu yaxınlarda Tbilisidə tıxacların iqtisadi zərəri ilə bağlı hesabat yayımlanıb və məlum olub ki, tıxacların iqtisadi zərəri 1 milyard lari, yəni 600 milyon manatdan çoxdur. Tbilisidə orta statistik sürücü ildə təxminən 120 saatını tıxacda keçirir. Bundan əlavə, əlavə 160 milyon lari yanacaq xərclərinə gedir.

Təəssüf ki, Azərbaycanda belə araşdırmaların nəticələri açıqlanmır, amma göz önündəki mənzərəyə nəzər yetirəndə məlum olur ki, bu rəqəmlər bizdə də milyonlarla ölçülür. Çox insan düşünür ki, tıxac sadəcə bir-iki saat gecikmək deməkdir. Amma əslində bu, şəhər üçün məhsuldarlığın azalması, vergi itkiləri və ümumilikdə həyat keyfiyyətinin pisləşməsi anlamına gəlir.

Maraq üçün qeyd edək ki, “TomTom” naviqasiya proqram təminatı istehsal edən şirkət dünyanın ən çox tıxac olan şəhərlərinin reytinqini tərtib edib. Bu reytinqə görə, ən böyük tıxacları olan şəhər Londondur. Burada 10 km məsafəni keçmək üçün 37 dəqiqə 20 saniyə vaxt tələb olunur. Tədqiqatçılar qeyd ediblər ki, keçən il sürücülər yalnız tıxaclarda 148 saat və ya 6 gündən çox vaxt itirib. Ən pis gün isə 14 mart, çərşənbə günü olub. Bu zaman tıxaclar orta hesabla 50 dəqiqə 50 saniyə çəkib.

İkinci sırada olan Dublində tıxac müddəti 6 dəqiqə azdır — 29 dəqiqə 30 saniyə. Ardınca Kanadanın Toronto şəhəri gəlir, burada isə ortalama tıxac müddəti yalnız 30 saniyə azdır.

Avropa İttifaqında ən az tıxac olan şəhər İtaliyanın Taranto şəhəridir. Burada 10 km məsafəni yalnız 10 dəqiqə 20 saniyəyə keçmək mümkündür. Ümumilikdə isə reytinqin sonunda ABŞ şəhərləri yerləşir: məsələn, Oklahomada bu məsafəni yalnız 8 dəqiqə 40 saniyəyə keçmək olar və orta sürət 61 km/saat təşkil edir.

Tədqiqat 5 qitədə, 55 ölkədən 387 şəhəri əhatə edib. Dünyanın ən çox tıxac olan şəhərləri belədir:

London (Böyük Britaniya) — 10 km məsafəni keçmək üçün 37 dəqiqə 20 saniyə;Dublin (İrlandiya) — 29 dəqiqə 30 saniyə;Toronto (Kanada) — 29 dəqiqə;Milan (İtaliya) — 28 dəqiqə 50 saniyə;Lima (Peru) — 28 dəqiqə 30 saniyə;Banqalor (Hindistan) — 28 dəqiqə 10 saniyə;Puna (Hindistan) — 27 dəqiqə 50 saniyə;Buxarest (Rumıniya) — 27 dəqiqə 40 saniyə;Manila (Filippin) — 27 dəqiqə 20 saniyə;Brüssel (Belçika) — 27 dəqiqə.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri