Icma.az
close
up
RU
Tıxaclara qarşı yeni həll: Təcili yardım motosikletləri Bakıda xidmətə başlayır

Tıxaclara qarşı yeni həll: Təcili yardım motosikletləri Bakıda xidmətə başlayır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Ambulans gələnə qədər həyatı motosiklet briqadası xilas edəcək

Dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunan "Ambucycle" modeli artıq Azərbaycanda da istifadəyə verilir. Tıxaclı şəhər şəraitində təcili tibbi yardımın hadisə yerinə daha qısa müddətdə çatmasını hədəfləyən bu xidmət ənənəvi ambulans sistemini tamamlayan yeni yanaşma kimi qiymətləndirilir. Xüsusilə həyati təhlükə yaradan hallarda ilk tibbi müdaxilənin vaxtında göstərilməsi baxımından modelin təcili tibbi yardım xidmətinin operativliyinə mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir. Xidmət modeli ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq olunacaq.

TƏBİB-in Mətbuat Xidmətindən Sherg.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur:

“Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir. Feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimlərdən keçiblər”.

-“Ambucycle" xidməti "Ambulansı" tam şəkildə əvəz edə bilir, yoxsa onun əsas funksiyası ambulans hadisə yerinə çatana qədər ilkin tibbi yardımı göstərməkdir?

-Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir. Bu xidmət modeli İsrail, Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından öz effektivliyini sübut edib. “Ambucycle” xidmət modelinin tətbiqi təcili tibbi yardım xidmətinin əlçatanlığının və operativliyinin artırılmasına xidmət edəcək. Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.

-“Ambucycle" xidmətinə çağırışlar necə yönləndiriləcək? Dispetçer hansı meyarlar əsasında qərar verəcək ki, hadisə yerinə motosiklet briqadası göndərilsin, yoxsa birbaşa təcili tibbi yardım avtomobili?

-Bu proses çağrı mərkəzində tətbiq olunan tibbi triaj və hadisələrin çeşidlənməsi alqoritmləri əsasında həyata keçiriləcək. "103" xidmətinə daxil olan hər bir çağırış dispetçer tərəfindən hadisənin xarakterinə, təcililik səviyyəsinə və məkan xüsusiyyətlərinə uyğun olaraq qiymətləndiriləcək.

"Ambucycle" əsasən nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə, xüsusilə yol-nəqliyyat hadisələrinə operativ şəkildə çatmaq üçün nəzərdə tutulub. 

“Ambucyсle” ənənəvi təcili yardım avtomobilini əvəz etmir, onu tamamlayır. Məqsəd ilkin tibbi yardımı mümkün qədər qısa müddətdə göstərmək və zərurət olduqda, paralel olaraq təcili tibbi yardım avtomobilinin hadisə yerinə cəlbini koordinasiya etməkdir. Beləliklə, tamtəchizatlı təcili tibbi yardım avtomobili hadisə yerinə çatan qədər “Ambucycle” ilk dəqiqələrdən maksimum səmərəli istifadə edərək ilkin tibbi yardımı göstərəcək.

-Son zamanlar motosiklet istifadəçilərinin iştirakı ilə baş verən yol qəzaları ölkədə ciddi müzakirə olunur. Bu modelin tətbiqi zamanı yarana biləcək risklərin minimuma endirilməsi üçün hansı tədbirlər görülüb?

- "Ambucycle" heyətində fəaliyyət göstərəcək feldşerlər məhz bu xidmət modeli üçün əlavə olaraq, xüsusi hazırlıq keçiblər. Onlar tibbi bilik və bacarıqlara, həmçinin təhlükəsiz motosiklet idarəetməsi üzrə müvafiq sürücülük vəsiqəsinə malikdirlər. Bundan əlavə, sürücü-feldşerlər qoruyucu geyim və fərdi mühafizə vasitələri ilə təmin olunublar. Motosikletlər isə operativ nəqliyyat vasitəsi kimi sayrışan işıqlarla təchiz edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri