TKT imtahanına qeydiyyat elan edilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 10 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 14-də Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək. İmtahan DİM-in Gəncə Regional Bölməsində təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan qeydiyyat sentyabrın 29-dək aparılır.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
Qeyd edək ki, DİM Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
İmtahana qeydiyyat link vasitəsilə həyata keçirilir. Əlavə məlumat almaq üçün [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 10 Sentyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















