TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” və “İnşaat ustası” peşə ixtisasları üzrə növbəti nəzəri imtahan keçirilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, imtahanda 11 nəfər iştirak edib.
Qeyd edək ki, TKTA tərəfindən həyata keçirilən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələdə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Agentlik imtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırır ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat davam edir.
Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda, diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 May 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















