Icma.az
close
up
RU
Tofiq Abbasov: İran Ermənistana prinsipial yanaşır

Tofiq Abbasov: İran Ermənistana prinsipial yanaşır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan Qərblə nəticəsiz flört etmək əvəzinə öz təhlükəsizliyini təmin etmək üçün Şərqə baxmalıdır, burada İranla bütün sahələrdə əlaqələrin inkişafı əsas əhəmiyyət kəsb edir.

Bu sözləri erməni ekspert Aram Şahnazaryan deyib.

“İran son hadisələrdə bir qədər mövqelərini itirsə də, hadisələrin gedişatını kəskin şəkildə dəyişdirmək üçün hər cür imkana malikdir”, - o iddia edib.

Şahnazaryanın fikrincə, 2025-ci il istisnasız olaraq bütün region ölkələri üçün son dərəcə çətin və gözlənilməz bir il olacaq:

“Düşmənlə üz-üzə gəlməyi yox, düzgün mövqe tutmağı bacaran və öz imkanlarına inananlar qalib gələcək. Burada güzəşt ölümə bərabər bir nöqsandır. Tarix buna şahiddir”.


Politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, Ermənistan subyektliyini itirmiş bir məmləkət kimi daim kimlərinsə təzyiqi altındadır:


"Azərbaycan öz torpaqlarını azad edib və fikrini açıq şəkildə bildirib. İndi isə Ermənistana sülh təklif edərək deyir ki, "sülh gündəliyini müəllif kimi tərtib etmişik, bu məsələ ilə bağlı razılaşaq". Ermənistan isə bunu istəmir. Bunun başlıca səbəbi Ermənistanın həmişə xarici qüvvələrin təsiri altında olması, onlara çalışmasıdır. Nikol Paşinyan özündəki suallara cavab axtarmalı və regiona qayıtmalıdır. Ermənistan mövcud olsa belə, tam anlamda dövlət deyil. Yəni xəritədə konturları var, amma daxilindəki tərkib çox axsaq və axvayıdır. Ümumiyyətlə Ermənistanın üzərində həm İranın, həm Rusiyanın, həm də Qərbin mübarizəsi gedir. Hazırda Rusiya bu məsələyə o qədər də önəm vermir, hətta bu mövzuda arxayınlığı mövcuddur. Çünki ona Ukrayna ilə bağlı prosesləri həll etmək lazımdır. İran isə Ermənistana prinsipial yanaşır. Çünki anlayır ki, Yaxın Şərqdə, Aralıq dənizi sahillərində faktiki olaraq məğlub oldu".


Politoloqun fikrincə, İran çalışacaq ki, Qafqaz uğrunda gedən mübarizədə geri qalmasın və özünəməxsus konpensasiya əldə etsin:

"Bu da yalnız Ermənistanın hesabına ola bilər. İran həm Azərbaycan, həm də Ermənistanla sərhəd bölgədə 150 minə yaxın hərbi gücünü elə-belə saxlamır. Rəsmi Tehranın dəfələrlə dəbdəbəli və pafoslu çıxışları olub ki, biz sərhədlərin dəyişilməsinə imkan vermərik və s. Əslində heç bir dövlət qonşusu ilə sərhədi itirmək istəməz. Çünki bu, gediş-gəliş, mal dövriyyəsi və iqtisadi münasibətlərin inkişafı üçün vacib əhəmiyyət daşıyır. Buna görə də İran ilk gündən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, zidd mövqe nümayiş etdirir. Digər tərəfdən artıq İran-Türkiyə münasibətlərində də gərginlik çalarları özünü biruzə verir. Həmçinin Rusiya bu ilin yanvar ayında İranla strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırlaşır. Yanvarın 17-sinə qədər proses yekunlaşacaq. Əslində vaxtın da bu cür seçilməsinin səbəbi var. Çünki bu ayın 20-dən sonra Donald Tramp ABŞ-da ikinci prezidentlik dövrünə başlayacaq. Buna görə də İran çalışır ki, öz tədarüklərini görsün. Üstəlik, Trampa bir mesaj verir ki, tək deyiləm. Eyni zamanda Ukrayna münaqişəsində Rusiyanın bəzi çatışmazlıqlarını öz resurs bazası hesabına təmin etdi. İran özünün geosiyasi aləmdə olan mövqelərinin zəifləməsini dayandırmağa və daha da geriləməməyə çalışır. Bəzi mütəxəssislər Rusiyanın kömək etmək gücündə olmadığını desə də, bu, yanlışdır. Çünki bu dövlət hərbi-siyasi baxımdan çox güclü potensiala malikdir və texnoloji cəhətdən öz suverenliyini bərpa etmək üzrədir. Qərb texnoloji tapıntıları və bacarıqlarını Rusiyaya vermədiyi üçün özünün texniki və elmi potensialı üzərində çalışır. Həmçinin İran da bu istiqamətdə dünyadakı ilk onluqdadır və inkişaf etməyə davam edir. Üstəlik, Çin də bu ölkənin arxasında duran məmləkətlərdən biridir".


Tofiq Abbasov vurğulayıb ki,  Qərb Tehrana təzyiqlərini azlatmayacaq:

"Ancaq İran çalışacaq ki, indiki mövqelərindən bir addım da geri getməsin. Cənubi Qafqazda gözlənilməz hadisələr baş verərsə, dərhal reaksiya verməyə çalışacaq. Azərbaycan bildirib ki, İranla heç bir ədavətimiz yoxdur. Əksinə, onlardan bizə hər zaman təhdidlər və gəlir. Hətta müəyyən təxribatların da şahidi oluruq. İanın xüsusilə də dini qurumları dövlətimizə qarşı qızışdırıcı mövqe tuturlar. Bunlar əbəs yerədir, çünki Azərbaycanı qorxutmaq olmaz. Buna görə də sülh siyasəti İran tərəfindən də dəstəklənməlidir. Ermənistan iki dövlət arasında münasibətlərin pisləşməsi üçün çalışsa da, bu, mümkün deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri