Tofiq Bəhramov mükafatı sahibinə qovuşdu VİDEO FOTO
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev AFFA-nın təsis etdiyi Tofiq Bəhramov mükafatına layiq görülüb.
Gununsesi.info xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk turunda keçirilən “Karvan-Yevlax” – “Qəbələ” oyununun startından əvvəl baş tutub.
“İlin köməkçi hakimi” nominasiyasının qalibi isə Zeynal Zeynalov olub. Hər iki mükafatı AFFA-nın baş hakimi Cahangir Fərəcullayev, tanınmış hakim Rüstəm Rəhimov və Hakimlər Komitəsinin sədri Frank De Bleker təqdim ediblər. Qaliblərə Tofiq Bəhramovun heykəlciyi və diplom təqdim olunub.
Mərasimdən sonra komandalar birlikdə xatirə fotosu çəkdiriblər.
Oyunçular meydana Peşəkar Futbol Liqasının himni sədaları altında daxil olub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mövsümün ilk matçına start verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 15 Avqust 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















