Tofiq Əliyev Avropada ilin idmançısı olmağa ən real namizəddir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanı gimnastikanın tamblinq növündə təmsil edən ikiqat dünya çempionu Tofiq Əliyev Avropada 2025-ci ilin ən yaxşı gimnastı adına layiq görülə bilər.
Oxu.Az-ın məlumatına görə, Avropa Gimnastika Federasiyası tərəfindən təşkil olunan səsvermədə "İlin kişi gimnastı" nominasiyası üzrə namizədlər sırasında Tofiq Əliyev də yer alıb.
Təmsilçimiz bu ad uğrunda portuqaliyalı batut gimnastı Qabriel Albukerke, idman gimnastları - Hamlet Manukyan (Ermənistan), Noe Zayfat (İsveçrə) və Lyuk Vaythauzla (Böyük Britaniya) mübarizə aparır
Hazırkı nəticələrə əsasən, Tofiq Əliyev siyahıya başçılıq edir. Səsvermədə iştirak etmək və dəstək olmaq üçün keçidə daxil ola bilərsiniz: https://take.quiz-maker.com/QMTEIBV5H
Xatırladaq ki, Tofiq Əliyev bu yaxınlarda Bakıda baş tutan Dünya Kuboku yarışlarında gümüş mükafata sahib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















