Icma.az
close
up
RU
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?

Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməktə ittiham edilir.

İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb. 

İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.

Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.

Fotoda: Tofiq İsmayılov

Hazırda zərərçəkmiş şəxslər sonuncu qərardan narazıdırlar. Onlar hesab edir ki, dəymiş ziyandan heç nə ödənilmədiyi halda təqsirləndirilən şəxsin həbsdən azad edilməsi düzgün deyil. Həmçinin şəxsin istintaqdan yayınma ehtimalı da var.

Ağır cinayətdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasının əsaslarını öyrənmək üçün Səbail Rayon Məhkəməsinə sorğu göndərdik. Məhkəmədən saytımıza belə cavab verildi: “Təqsirləndirilən şəxs İsmayılov Mir Heydər Tofiq oğlunun ziyanı qismən ödəməsi və sağlamlıq vəziyyəti, habelə ürəyinə əməliyyat vasitəsilə cihazın yerləşdirilməsi məhkəmə tərəfindən nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsdən azad edilib”.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı qərardan artıq apellyasiya şikayəti də veriblər.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Yanvar 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri