Tofiq Musayev: Mən hər zaman güclü rəqiblərlə mübarizə aparmaq istəmişəm
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"UFC hər bir idmançının arzusudur ".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Azərbaycanlı idmançı qeyd edib ki, bu yarışa çox yaxşı hazırlaşıb:
"Hər şey plan üzrədir. Rəqibimi yaxşı analiz etmişəm. 35 yaş mənim üçün sadəcə bir rəqəmdir. Yaşımın mənə UFC-də çempion olmaq üçün mane olmayacağını düşünürəm".
"Rəqibim mənə layiqli rəqibdir. Mən hər zaman güclü rəqiblərlə mübarizə aparmaq istəmişəm. Rəqib də məni ciddiyə alır. Bir-birimizə layiqli rəqibik", - deyə o bildirib.
Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də "UFC Baku Fight Night"da debüt edəcək. 35 yaşlı idmançımız "Bakı Kristal Zalı"nda keçirilən UFC gecəsində qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşacaq.
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















