Icma.az
close
up
RU
Tofiq Yaqublu azadlığa çıxa bilərmi? Fazil Mustafa

Tofiq Yaqublu azadlığa çıxa bilərmi? Fazil Mustafa

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, tanınmış müxalifət lideri Tofiq Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Onun vəkillərinin sözlərinə görə, Tofiq Yaqublunun səhhəti artıq kəskin pisləşib.

Belə ki, məlumatlara görə, o, hazırda görüşlərə də əlil arabasında gətirilir.

Bildiririk ki, Tofiq Yaqublunun həbsdən azad olunması üçün bir sıra beynəlxaq təşkilatlar da Azərbaycan hökumətinə çağırış edib.

Bəs görəsən, Tofiq Yaqublu azadlığa buraxıla bilərmi?

Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafa bu barədə Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, məhkumun səhhətində ciddi problemlər varsa, bu barədə müraciət edilə, həmin müraciətə baxıldıqdan sonra isə hansısa zəruri addımları atmaq lazımdırsa, atılar:

“Ümumiyyətlə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin səhhəti ilə bağlı ciddi problem varsa, bununla bağlı müvafiq qurumlara müraciət edilməlidir. Onlar da xüsusi ixtisaslaşmış tibbi qurumlar tərəfindən rəy bildirilikdən sonra, əgər xəstəlik əlamətləri kifayət qədər ciddidirsə, ona reaksiya bildirilməlidir. Ona görə də ciddi xəstəlik əlamətləri varsa, bununla bağlı müraciət etsinlər. Bütün hallarda insanın sağlamlığı və yaşamaq hüququ hər şey öndədir. Biz bir çox hallarda Əfv Məsələləri Komissiyasında ağır xəstəliyi olan şəxslərin sağalmasında, müalicəsində problem varsa, onların vaxtından əvvəl azadlığa buraxılması məsələsini gündəmə gətiririk. İndi yəqin əfv qaydasında bunu etmək mümkün deyil, çünki çəkilən cəzanın müddəti qanunvericiliyə görə ağır cinayətlərdə yarı müddətdən artıq olmalıdır. Amma digər hallarda müvafiq tibbi qurumların və Penitensiar xidmətin müəyyən araşdırmasından sonra mümkün ola bilər. Hər halda bütün insanlara qarşı humanizmin tədbiq olunması hər zaman faydalıdır və ümid edirəm ki, bu məsələ müvafiq peşəkar tibbi ekspertizadan keçəndən sonra müvafiq qərar verilə bilər. Bu məsələ digər şəxslərə, o cümlədən Əvəz Zeynallıya da aiddir. Əgər doğrudan da səhhətlərində belə bir problem varsa, ən azı müalicə üçün şərait yaradılmalıdır, əgər xəstəlikdə müalicə üçün hansısa kənarda ediləcək zəruri addımlar varsa, bu istiqamətdə də müəyyən qərarlar qəbul edilə bilər”.

Elmar 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri