Icma.az
close
up
RU
Tofiq Yaqublu həbsdə 18 gündür aclıq edir: “Hətta danışmaqda belə, çətinlik çəkir”

Tofiq Yaqublu həbsdə 18 gündür aclıq edir: “Hətta danışmaqda belə, çətinlik çəkir”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun 18 gündür həbsdə aclıq etdiyi barədə məlumat yayılıb. O, hazırda paytaxtın Umbaki qəsəbəsində yerləşən penitensiar müəssisədə saxlanılır.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aprelin 18-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb. Vəkilin sözlərinə görə, siyasətçi aclıqı davam etdirir. Nemət Kərimli qeyd edib ki, 18 gündür davam edən aclıq nəticəsində Tofiq Yaqublunun səhhətində ciddi problemlər yaranıb: “Çətinliklə hərəkət edir. Çox zəifləyib. Halsız olduğuna görə danışmaqda belə çətinlik çəkir. Tofiq Yaqublu haqqında hökmdən apellyasiya şikayəti vermişik. Biz onunla görüşdə, adətən, işlə bağlı da müzakirələr aparırıq. O qədər zəifləyib ki, iş materiallarını vərəqləmək də ona əziyyət verir”.

Vəkil əlavə edib ki, Tofiq Yaqublunu penitensiar müəssisənin daxilindəki həkimlər müayinə edir. Onun təzyiqi, temperaturu, nəbzi gündəlik yoxlanılır. Siyasətçinin ailəsi onu müayinə etmək üçün özlərinin etibar etdikləri həkim Adil Qeybullanın penitensiar müəssisəyə girişinə icazə verilməsi üçün müvafiq qurumlara müraciət edib.

Nemət Kərimli bildirib ki, onun özü də bu istiqamətdə bütün hüquqi addımları atıb. Həmçinin Ombudsman Səbinə Əliyevaya məktub göndərib. Ombudsman Aparatından hələ ki, cavab gəlməyib.

Tofiq Yaqublunun ailə üzvləri onun 65 yaşı olmasını, bundan öncə də səhhətindəki problemləri (öd kisəsinin götürülməsi və s.) nəzərə alaraq, hesab edir ki, uzunmüddətli aclıq onun həyatı bahasına başa gələ bilər. Bu səbəbdən də ən azı, həkim Adil Qeybullanın onu müayinə etməsinə icazə verilməsini, yaxud da mülki xəstəxanaya köçürülməsini istəyir.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov adlı biri vasitəsilə 25 min avro və 10 min manat alıb, onu aldatmaqda ittiham olunur. Siyasətçi mart ayında çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1 (saxta sənəd hazırlama) maddələrilə 9 il azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu özünü təqsirli bilmir, bu ittihamların yalan olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Siyasətçi bundan əvvəl də bir neçə dəfə uzunmüddətli və qısamüddətli həbs həyatı yaşayıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri