Icma.az
close
up
RU
Tofiq Yaqublunu türmədə ziyarət edən professor: Vəziyyəti normaldır

Tofiq Yaqublunu türmədə ziyarət edən professor: Vəziyyəti normaldır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün tibb elmləri doktoru, professor Adil Qeybulla Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimi ilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu müayinə ediblər. Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.

Məsələ ilə bağlı Globalinfo.az Adil Qeybulla ilə əlaqə saxlayıb.

O, xəbəri təsdiqləyib:

“Tofiq Yaqublu aclıq aksiyası keçirdiyi üçün müəyyən problemlər var. Çəki itirib və bu, normal haldır. Çünki ac qaldıqca, çəki də düşür. Yəni çəki itirməsi bugünkü vəziyyətə uyğundur”.

A.Qeybulla Tofiq Yaqublunun ümumi vəziyyəti haqda danışıb:

“Hazırda halsız və zəifdir. Ac adam necə olur? O da eyni. Yeriməyində çətinlik var, çəki itirib. Bunlar hamısı problem olaraq mövcuddur. Aclıq aksiyasını bu cür keçirmək özünə qəsddir. Tofiq bəyə də dedik ki, aclıq aksiyası protokola uyğun, qayda-qanunla keçirilməlidir”.

Adil Qeybulla bir insanın neçə müddət ac qala bilməsi məsələsinə aydınlıq gətirib:

“İnsanın neçə müddət ac qala bilməsi situasiyadan asılıdır. Məsələn, yaşdan, orqanizm resurslarından, çəkidən, yanaşı xəstəliklərdən, genetik faktorlardan, qanın laxtalanma sistemindən asılıdır. Çünki aclığın gedişi boyu istənilən ağırlaşma baş verə bilər. Bir insanın ac qalma müddəti fərqli izah edilir. Ədəbiyyatda 45 gün də var, 60 gün də”.

Adil Qeybulla

Professor deyib ki, çalışıb, Tofiq Yaqublunu təkrar müayinə edəcək:

“Tofiq Yaqublunu nəzarətdə saxlamağa çalışacağıq. Penitensiar Xidmət, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi bizə icazə versə, mütəmadı olaraq onu nəzarətdə saxlayacağıq”.

Son olaraq Adil Qeybulla qeyd edib ki, Tofiq Yaqublunun hazırkı vəziyyəti 19 günlük aclığa adekvatdır:

“Çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur və saturasiya, eləcə də ürək döyüntüsü normaldır. Aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və fizioloji məhlullar köçürdük”.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri