Icma.az
close
up
RU
Tofiq Zülfüqarov Elmar Məmmədyarova söz atdı: Ah, Rus evi

Tofiq Zülfüqarov Elmar Məmmədyarova söz atdı: Ah, Rus evi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın iki sabiq xarici işlər naziri arasından "qara pişik" keçib. 
Modern.az-ın məlumatına görə, eks-nazir Tofiq Zülfüqarov (5 mart 1998 - 26 oktyabr 1999-cu il aralığında nazir işləyib) özündən xeyli sonra həmin postu tutmuş Elmar Məmmədyarova (2 aprel 2004 - 16 iyul 2020-ci il aralığında nazir işləyib) söz atıb.
Tofiq Zülfüqarov özünün “Facebook” səhifəsindəki paylaşımında Elmar Məmmətyarova belə bir atmaca ilə toxunub:
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bolger.-red) yutub kanalında məni əvəz edəcək...
Ah, "Rus evi" – sən necə də çoxüzlüsən”.
Tofiq Zülfüqarov bu atamaca ilə Elmar Məmmədyarovun bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan “Rus evi” ilə əməkdaşlıq etdiyinə işarə vurub. Qeyd edək ki, mətbuatda “Rus evi” ilə əməkdaşlıq edən eks-məmurlar kimi Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Eldar Mahmudovla yanaşı, Elmar Məmmədyarovun da adı çəkilmiş, onlar "Rusiyaya işləyən agent” adlandırılmışdılar.
Tofiq Zülfüqarovun atmacalı paylaşımına “Facebook” izləyiciləri müxtəlif reaksiyalar gəlib.
İzləyicilərdən biri ona “siz güman edirsiniz ki, bu, birbaşa və ya dolayısı ilə “Rus evi”nə bağlı hadisələrlə əlaqədar ola bilər?”, - deyə sual ünvanlayıb.
Tofiq Zülfüqarov “Bəli”, - deyə suala cavab verməklə, dolayısı ilə Elmar Məmmədyarov haqqında səsləndirilmiş ittihamı təsdiqləyib.

“Bəs necə olur ki, agentdir, amma rahat surətdə kanalları gəzir?”, - deyə digər “Facebook” izləyicisi Tofiq Zülfüqarovdan soruşub. Eks-nazirin isə cavabı belə olub: "Həm də ona samballı kampaniya təşkil edirlər”.
Bununla belə, fikirlərini eyhamlarla bildirən T.Zülfüqarov açıq danışmaqdan yayınıb.
Paylaşımı E.Məmmədyarova qarşı ittiham kimi qəbul olunan T.Zülfüqarov digər rəylərə də qısa münasibət bildirib. 
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri