Icma.az
close
up
RU
Tofiq Zülfüqarovdan ağır İTTİHAM: Elmar Məmmədyarov cinayətə yol verib!

Tofiq Zülfüqarovdan ağır İTTİHAM: Elmar Məmmədyarov cinayətə yol verib!

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sosial şəbəkədəki paylaşımında xələfi Elmar Məmmədyarova söz atması qarşı tərəfin ciddireaksiyasına səbəb olub. 

Tofiq Zülfüqarov paylaşımda yazıb: “Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü yutuber-red.) kanalında məni əvəz edəcək...
Ah, "Rus evi" – sən necə də çoxüzlüsən”.

Tofiq Zülfüqarov bu atamaca ilə Elmar Məmmədyarovun bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan “Rus evi” ilə əməkdaşlıq etdiyinə işarə vurub. 

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə saytımıza açıqlamasında Tofiq Zülfüqarova cavab verib.

"Bilirsiniz, mən belə deyə bilərəm: şokolad deyiləm ki, hamının xoşuna gələm. Mənim də xoşuma gəlməyən adamlar var. Mən onları izləmirəm, heç qulaq da asmıram. Onlar barədə söz demək istəmirəm. Kim nə deyirsə, özü bilər.
Düzünü deyim ki, Tofiq Zülfüqarovun da həmin verilişə dəvət edildiyindən mənim xəbərim olmayıb. Mən həmişə tək çıxış edirəm”,-o deyib.

E.Məmmədyarov ona qarşı iddia edilən "rus casusu" ittihamına da cavab verib:

“Prinsipcə mənim əleyhimə bu iddiaların arxasında kimlərin durduğunu bilirəm. Ancaq bu haqda açıqlama vermək istəmirəm. Yenə deyirəm, 5 ildir mən hakimiyyətdə deyiləm, amma yenə kiminsə qarınağrısı var. Kimlərdisə, onlar həmişə məni yadlarında saxlayırlar”.

T.Zülfüqarov Modern.az-a açıqlamasında Elmar Məmmədyarovla bir araya gəlmək istəməməsinin arxasında duran əsas məqamları açıqlayıb:

"Məni kimsə harasa dəvət edirsə, bilməliyəm axı orada kim nəyi şərh edəcək? Azərbaycanın maraqlarına zidd  fəaliyyət növü mövcuddur. Həmin fəaliyyətə aidiyyəti olan insanları məndən qabaq ora çağırıblar. Kim onu necə müəyyən edirsə, özü bilər. Ancaq mən Ermənistan-Azərbaycan münaqişəsilə bağlı məsələləri təhlil edərkən belə qərara gəlmişəm ki, Azərbaycanın maraqlarına zidd olan işlər konkret olaraq Elmar Məmmədyarovun nazir işlədiyi dövrdə özünü göstərib. Həmsədrlər qrupu həmişə çalışırdı ki, məsələni Ermənistan-Azərbaycan münaqişəsi kimi yox, "Dağlıq Qarabağ" münaqişəsi kimi göstərsinlər. Bizim mövqeyimiz isə ondan ibarət olmuşdu ki, bu məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. 1998-ci ildə prezidentlər Heydər Əliyevlə Robert Köçəryan arasında danışıqlar baş tutub. Həmin danışıqlarda mən də iştirak etmişəm. Orada Heydər Əliyev münaqişənin Ermənistanla Azərbaycan arasında olduğunu deyərək, bunun iki ölkə arasında həllinin vacibliyini təsbit etməyə nail olub. Beləliklə də, "Dağlıq Qarabağ" faktoru danışıqlardan çıxarılıb.
Amma Elmar Məmmədyarov nazir işlədiyi dövrdə millətlərin öz müqəddaratını təyin etmə hüququ məsləsini prinsip kimi qəbul edib. Sonra bildiyiniz kimi, Kazan görüşündə Elmar Məmmədyarov tərəfindən parafraz olunmuş sənəddən Azərbaycan tərəfi imtina edib. Söhbət ondan gedir ki, Azərbaycanın maraqlarına zidd mövqe sərgilənib. Əlaxüsus bu, ona görə qəbuledilməzdir ki, 1998-ci ildən artıq Ermənistan və onun yeni seçilmiş prezidenti Robert Köçəryan Qarabağ məsələsinin iki ölkə arasında münaqişə olduğunu qəbul edib. Millətlərin öz müqəddaratını həll etmə hüququnun ortaya atılması həmsədrlərin və ermənilərin mövqeyi idi. Ona görə bu qərara gəlmişəm ki, Elmar Məmmədyarovun ya peşəkarlığı çatışmayıb, ya da qəsdən səhvə, əslində isə cinayətə yol verilib.
"Bu, kimin təsiri altında baş verib" sualı da çox maraqlıdır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bir bəyanat verdi. Onu hər kəs dinləsə də, əksəriyyət tərəfindən başa düşülmədi. O dedi ki, "münaqişənin əsas məsələsi Dağlıq Qarabağın statusudur". Status nə deməkdir və hansı prinsip əsasında buna baxılır?  Buna millətlərin öz müqəddaratını təyinetmə prinsipi əsasında baxıılır. Bunun nəticəsində belə qərara gəlmişəm ki, bu insan səhvə, ya da cinayətə yol verib. Buna görə də onunla xəbərim olmadan hansısa verilişdə iştirak etmək niyyətində deyiləm".

T.Zülfüqarov Elmar Məmmədyarovun casus olub-olmadığını deyə bilməyəcəyini söyləyib:

"Burada hansısa xüsusi orqanların, təşkilatların casus tutmasına, "5-ci kolon"u müəyyən etməsinə şərh vermək mənlik deyil. Mən diplomatam. Hansısa danışıqların variantlarını təhlil edərkən çıxartığım nəticəni dedim. Yəni izah etdim ki, niyə onun fəaliyyətini qəbul etmirəm, vəssalam!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri