Tokayev: BMT Təhlükəsizlik Şurasının qlobal problemləri həll etmək gücü və iradəsi yoxdur
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT Təhlükəsizlik Şurası böhranla üz-üzədir və dünya problemlərini həll etmək üçün güc və iradə çatışmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
"Bu, həqiqətən də baş verir, çoxtərəfli sistem zəifləyir. BMT Təhlükəsizlik Şurası ciddi böhranla üz-üzədir, onun fundamental beynəlxalq problemləri həll etmək üçün həm gücü, həm də iradəsi yoxdur", - o, Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
Tokayev bunun ciddi çağırış olduğunu bəyan edib və beynəlxalq problemlərin həllində orta güclərin daha mühüm rol oynaması fikrini bildirib.
"Qazaxıstan Birləşmiş Millətlər Təşkilatının islahatlarını qətiyyətlə dəstəkləyir. Təşkilat ilk yarananda onun tərkibinə 51 dövlət daxil idi. Bunlar BMT-nin yaradıcı ölkələri idi. İndi təşkilatın 193 üzvü var", - prezident deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















