Tokayev: Monqolustan bizim Asiyada etibarlı və mühüm tərəfdaşımızdır
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Monqolustan Böyük Dövlət Xuralının sədri Daşzeqviy Amarbayasqalan ilə görüşüb.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, Qasım-Jomart Tokayev səfərin ikitərəfli münasibətlərin möhkəmlənməsinə yeni təkan verəcəyini qeyd edib.
Prezident qeyd edib ki, ötən ilin oktyabrında Monqolustana səfəri nəticəsində hökumətlə müxtəlif qurumlar arasında əlaqələr möhkəmlənib. O, həmçinin bildirib ki, bu yaxınlarda Çində keçirilən ŞƏT sammiti çərçivəsində Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə qısa söhbət edib.
"Monqolustan Asiyada bizim etibarlı və mühüm tərəfdaşımızdır. İki ölkə arasında möhkəm dostluq və strateji tərəfdaşlıq dərin köklərə malikdir. Çünki bizim adət-ənənələrimiz və mədəniyyətimiz oxşardır. Bizim də ortaq tariximiz var. Ona görə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə işləməyə hazırıq", - deyə Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısının sözlərinə görə, çoxşaxəli əlaqələrin inkişafında parlament diplomatiyası mühüm rol oynayır. Bu baxımdan Qazaxıstan dost ölkə Monqolustan ilə strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsində maraqlıdır.
Görüşdə parlamentlərarası diplomatiya, ticarət-iqtisadi, regionlararası, mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Tokayev: Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır
25 Avqust 2025 15:27
Tokayev: Mərkəzi Asiyada bağlı sərhədlər və təcrid günləri geridə qalıb
16 Noyabr 2025 13:30
Tokayev Qazaxıstanı Rusiyanın etibarlı müttəfiqi adlandırıb
27 Noyabr 2024 21:05
Orta Asiyada zəlzələ
05 Noyabr 2024 11:40
Baxış sayı:120
Bu xəbər 05 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















