Tokayev onları təltif edib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirən bir qrup Qazaxıstan vətəndaşını təltif edib.
SİA xəbər verir ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkəsi şirkətinin və Aktau şəhəri Beynəlxalq Hava Limanının əməkdaşları var.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Dekabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















