Tokayev Şoyqu ilə əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə etdi
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Sfera.az xəbər verir ki, danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tokayev qeyd edib ki, Şoyqunun səfəri Qazaxıstan və Rusiya arasında tərəfdaşlığın dərinləşməsi üçün böyük əhəmiyyət kəsb edir.
"Əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Biz 171 layihə üzrə razılaşma əldə etmişik, 50-dən çox layihənin icrası artıq başa çatmaq üzrədir. Rusiya Qazaxıstan iqtisadiyyatının əsas investorlarından biridir. Ölkələrimizin hüquq-mühafizə orqanları və müdafiə idarələri arasında əməkdaşlıq da uğurla inkişaf edir", - Qazaxıstan Prezidenti vurğulayıb.
Şoyqu öz növbəsində Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu və birgə layihələrin miqyasını qeyd edib.
"Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimiz yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Biz Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəal əməkdaşlıq edirik", - o vurğulayıb.
Tərəflər həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 12 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















