Tokayev: Trampın rüsumlarla bağlı moratorium elan etmək qərarını alqışlayırıq
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın ticarət rüsumlarının artırılmasına 90 günlük moratorium tətbiq etmək qərarını alqışlayıb.
525.az-ın “Report”a istinadən verdiyi məlumata görə, K.Tokayev bunu Şımkent şəhərinin ictimaiyyəti ilə görüşündə bildirib.
"Biz Prezident Donald Trampın ölkələrin mövqelərini dəqiqləşdirmək və mümkün olduqda danışıqlara başlamaq üçün 90 günlük moratorium elan etmək barədə qərarını alqışlayırıq. Ekspertlər xəbərdarlıq edirlər ki, qarşılıqlı tariflərin tətbiqi dünya iqtisadiyyatında ciddi enişə səbəb ola bilər", - o bildirib.
K.Tokayev qeyd edib ki, hazırda dünya fond bazarlarında və əmtəə birjalarında misli görünməmiş gərginlik hökm sürür. “Amma sabitləşmə əlamətləri də var. Aydındır ki, dünyada sərt tarif qarşıdurması siyasətinə keçid baş verir". O vurğulayıb ki, Qazaxıstan vəziyyəti təhlil edir, bütün mümkün riskləri nəzərə alır, lakin müxtəlif sahələrdə iri layihələrin həyata keçirilməsini davam etdirəcək.
Baxış sayı:93
Bu xəbər 11 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















