Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "LUKOIL" şirkətinin qurucusu Vahid Ələkbərovu qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Bildirilir ki, görüş zamanı prezidentə "LUKOIL" şirkətinin Qazaxıstan ərazisindəki hazırkı fəaliyyətinin yekunları və yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan planları barədə məruzə edilib.
Tərəflər neft-qaz sektorunda icra olunan müştərək layihələr çərçivəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, ABŞ-nin 2025-ci ilin oktyabr ayında tətbiq etdiyi sanksiyalardan sonra "LUKOIL" şirkəti xaricdəki aktivlərini satmaq barədə qərar qəbul etmişdi. 2026-cı ilin yanvarında Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri bəyan etmişdi ki, "LUKOIL" ölkədəki aktivləri satışa çıxarılacağı təqdirdə, dövlət həmin payı almaq üçün öz üstünlük hüququndan istifadə edə bilər.
Nazir, həmçinin vurğulamışdı ki, Qazaxıstan layihələrində "LUKOIL"un payı ilə əlaqədar ABŞ-yə müvafiq müraciət ünvanlanıb.
Qeyd edək ki, sözügedən şirkətin strukturu Qazaxıstanda Xəzər Boru Kəməri Konsorsiumunun səhmdarları sırasındadır. Bundan əlavə, şirkət "KazMunayQaz"la birlikdə Xəzər dənizinin Qazaxıstan şelfində yerləşən "Kalamkas-dəniz" və "Xəzər" yataqlarının mənimsənilməsi layihəsində də iştirak edir.
Baxış sayı:68
Bu xəbər 07 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















