Icma.az
close
up
RU
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər Zəngəzur, yoxsa...

Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər Zəngəzur, yoxsa...

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən baş nazir seçildikdən sonra ona yalnız Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zəng edib təbrikləri çatdırması diqqət çəkdi. Tərəflərin münasibətlərində son dövrdə nəqliyyat və regional kommunikasiyalar xüsusi yer tutur. Bu baxımdan Tokayev-Paşinyan təmaslarının arxasında Zəngəzur istiqaməti və Mərkəzi Dəhliz amilinin dayandığı ehtimal olunur.

Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının açılması Qazaxıstanın Avropaya çıxış imkanlarını genişləndirə, Astananın Mərkəzi Dəhlizdəki rolunu gücləndirə bilər. Lakin məsələni yalnız Zəngəzurla məhdudlaşdırmaq doğru olmaz. Qazaxıstan son illərdə Azərbaycanla strateji tərəfdaşlığını gücləndirməklə yanaşı, Cənubi Qafqazda digər ölkələrlə də əlaqələrini genişləndirir. Astananın əsas məqsədlərindən biri regionlararası nəqliyyat və iqtisadi əlaqələrdə öz mövqeyini möhkəmləndirməkdir.

Paşinyan üçün isə Qazaxıstanla yaxın münasibətlər Ermənistanın xarici siyasətində yeni balans axtarışları baxımından əhəmiyyətlidir. İrəvan son illərdə Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirir və Qərblə yanaşı, Mərkəzi Asiya ölkələri ilə də əlaqələri genişləndirməyə çalışır.

Bu baxımdan Tokayev-Paşinyan yaxınlaşmasının əsas səbəbi təkcə Zəngəzur deyil. Nəqliyyat marşrutları, Mərkəzi Dəhliz, iqtisadi maraqlar və regionda dəyişən geosiyasi balans iki ölkəni bir-birinə yaxınlaşdıran əsas amillər kimi görünür.
Maraqlıdır ki, Qazaxıstanın Azərbaycanla münasibətləri də kifayət qədər yüksək səviyyədədir. Buna görə Tokayevin Ermənistanla yaxınlaşmasını Bakıya alternativ xətt kimi deyil, daha çox yeni regional imkanlardan yararlanmaq cəhdi kimi qiymətləndirmək olar. Əgər Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması baş tutarsa, bundan Qazaxıstan da iqtisadi və logistika baxımından faydalana bilər.
Tokayevlə Paşinyanı yaxınlaşdıran əsas amillər nədir?
Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında Qazaxıstanın Ermənistanla yaxınlaşmasını həm də Çinin maraqlarına uyğun olduğunu bildirir. Onun sözlərinə görə, Orta Dəhliz Çindən Avropaya gedən beynəlxalq logistikadır və bu layihənin reallaşmasında Pekinin maraqları var. Qazaxıstana Çinin ciddi təsirinin olduğunu deyən professor hesab edir ki, Ermənistanla yaxınlaşma həm də bu tövsiyənin nəticəsidir.
"Paralel olaraq da Qazaxıstan Cənubi Qafqazda mövqe tutmağa çalışır. Onu da nəzərə alaq ki, hər iki ölkə KTMT üzvüdür, Avrasiya İqtisadi Birliyində təmsil olunurlar. Yəni əlaqələr həmişə olub. Lakin son dövrlərdə ikitərəfli münasibətlərdə irəliləyiş müşahidə olunur. Tokayev kifayət qədər praqmatik siyasətçidir və məncə, Azərbaycanı burada narahat edən hal yoxdur. Üstəlik, Qazaxıstan taxılı Azərbaycandan tranzit keçməklə Ermənistana daşınır", - deyə müsahibimiz belə şərh edib.
Qabil Hüseynli Qazaxıstanı Mərkəzi Asiyada dominant ölkə sayır: "Eyni zamanda, Qazaxıstan da Ermənistan kimi Rusiyanın təsirlərinin azalması üçün addımlar atan ölkələrdən biridir. Zəngəzur dəhlizi, yükdaşımaları Rusiyadan uzaqlaşma siyasətində yeni imkanlardan biri olacaq. Artıq regionda yeni dövr başlayır və dünənə qədər Rusiyanın "arxa bağçası" saydığı bu məkanda indi güc balansı dəyişir, iqtisadi proseslər təzə mərkəzi fiqurların ortaya çıxmasına səbəb olur".
Xatırladaq ki, Paşinyan Tokayevlə telefon danışığı zamanı onu İrəvana səfərə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Avqust 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri