Tokio ABŞ hərbi obyektləri üçün maliyyələşdirməni artıracaq
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu, xüsusilə ölkənin partlayıcı zərbələrə və elektron əks-tədbirlərə qarşı durma qabiliyyətinin artırılmasını nəzərdə tutur
Yaponiya hökuməti ölkədəki ABŞ hərbi obyektlərini gücləndirmək və xarici hücum halında onlara dəyən ziyanı minimuma endirmək üçün əlavə xərclər çəkməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, xüsusilə ölkənin partlayıcı zərbələrə və elektron əks-tədbirlərə qarşı durma qabiliyyətinin artırılmasını nəzərdə tutur.
Məsələ ilə bağlı danışıqlar bu yay Yaponiya Xarici İşlər Nazirliyi və və Müdafiə Nazirliyinin, Pentaqonun və ABŞ Dövlət Departamentinin iştirakı ilə başlayacaq. Müzakirə Tokionun 2027-ci ildən başlayaraq beş il ərzində ABŞ hərbi bazalarının saxlanması xərclərini əhatə edəcək.
“Kyodo” qeyd edir ki, maliyyələşdirmənin artırılması, digər məsələlərlə yanaşı, ABŞ Prezidenti Donald Trampa Tokionun ikitərəfli hərbi ittifaqın bir hissəsi olaraq Vaşinqtonun maliyyə yükünü azaltmaq səylərini nümayiş etdirmək məqsədi daşıyır.
Yaponiya hökuməti ABŞ hərbi bazaları üçün torpaq və digər obyektlərin icarə xərclərini ödəyir, yerli işçilərinin maaşlarını ödəyir, kommunal xərcləri, eləcə də bəzi təlimlərin keçirilməsi xərclərini və s. ödəyir. 2022-ci ildən 2026-cı ilə qədər bu ayırmalar 1 trilyon 55 milyard yenən (6,6 milyard dollardan çox) çox olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















