Icma.az
close
up
RU
Tokio Takaiçinin başını kəsməklə hədələyən konsulla bağlı Çinə etiraz edib

Tokio Takaiçinin başını kəsməklə hədələyən konsulla bağlı Çinə etiraz edib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Yaponiya hökuməti, Osakadakı Çin baş konsulunun yeni baş naziri “başını kəsməklə” hədələməsinə görə Çin Xalq Respublikasına rəsmi etiraz bildirib.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın sözlərinə görə, Tokio Pekinə etirazını diplomatik kanallar vasitəsilə çatdırıb.

“Diplomatik nümayəndəlik rəhbərinin bu cür ifadələri tamamilə yolverilməzdir. Biz Çinə qəti etirazımızı bildirdik,” – deyə Kihara bəyan edib.

Məsələyə səbəb, Osakada fəaliyyət göstərən Çin baş konsulu Syue Tsyanın "X" sosial şəbəkəsi üzərindən paylaşdığı yazı olub. Diplomat, Yaponiyanın yeni baş naziri Sanae Takaiçini “özbaşına hərəkət etdiyi təqdirdə başını kəsməklə” hədələyib və “buna hazırdırmı?” ifadəsini əlavə edib.

Qısa müddət sonra paylaşım Syue Tsyanın səhifəsindən silinib.

Ötən həftə parlament debatları zamanı Sanae Takaiçi demişdi ki, Tayvan ətrafında mümkün hərbi böhran Yaponiyanın təhlükəsizliyinə “mövcudluq səviyyəsində təhdid” yarada bilər. Onun sözlərinə görə, belə bir vəziyyət Tokionu “kollektiv özünümüdafiə hüququnu” həyata keçirməyə vadar edə bilər.

Məhz bu bəyanatdan sonra Çin diplomatının kəskin reaksiyası gündəmə gəlib.

Minoru Kihara bildirib ki, Yaponiya Tayvan boğazında sülh və sabitliyin qorunmasının tərəfdarıdır: “Bu, təkcə Yaponiyanın deyil, bütün beynəlxalq ictimaiyyətin də maraqlarına uyğundur,” – deyə o qeyd edib.

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Həmin il vətəndaş müharibəsində məğlub olan Çan Kayşi və Qomindan qüvvələrinin qalıqları adaya sığınmış və adanı müstəqil dövlət elan ediblər.

Pekin isə Tayvanı Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsi – bir vilayəti hesab edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Noyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri