Icma.az
close
up
RU
Tolik müğənnilərə əsəbləşdi: Gedin Sulutəpədə, Masazırda yaşayın da...

Tolik müğənnilərə əsəbləşdi: Gedin Sulutəpədə, Masazırda yaşayın da...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Müğənni İzzət Bağırov Azərbaycanda solo konsert təşkil etmək üçün tələb olunan məbləği açıqlayıb.

Sənətçi bu barədə verilişində danışıb. Onun sözlərinə görə, Azərbaycanda özün konsert verirsənsə, böyük təşkilatçı lazım deyil:

“Sadəcə, insan özü külli miqdarda pul qoyur. Məbləğ çoxdur. Təmiz 100 min manat ayırıb kənara qoymalısan ki, konsert edirəm. Kirayə haqqı çox bahadır. Bizim üçün baha edirlər, xaricdən gətirilənlər üçün belə deyil”, - müğənni qeyd edib.

Bəs müğənninin dedikləri nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ölkədə bir çox müğənninin konsertlərinin təşkilatçısı olan prodüser və aparıcı Tarix Əliyevin (Tolik) sözlərinə görə, İzzət Bağırovun  8 Martda Heydər Əliyev Sarayında konsert verməsinə öyrəşmişik:

“Allah rəhmət eləsin Fərhad müəllimə. Heydər Əliyev Sarayının keçmiş rəhbəri Fərhad Babayev illərlə hər kəsə gözəl münasibət bəsləyib. Hazırda  sarayın rəhbəri olan İlham Qasımov elə gözəl insandır ki, kimsə ona müraciət edib “Mənim konsert büdcəm bu qədərdir, bilirəm ki, bilet satacağam. Yəni olar ki, bilet satışımı elə qoyun ki, tamaşaçı gəlib məni dinləsin” desə, o, buna şərait yaradar. Heydər Əliyev Sarayında ən ucuz biletin qiyməti 20 manatdır. Düzdür, xarici müğənnilərdə bu məbləğ 200-300 manata qədər qalxır və tamaşaçı bunu ödəyir.

Baxın, bizim Yaşıl Teatrımız var. Onun rəhbəri də çox gözəl insandır, həmişə mənə zəng edib deyir:

“Tolik, müğənnilər niyə gəlib burada konsert vermirlər?” Deyirik ki, bəzi müğənniləri Saraya buraxmırlar, o müğənnilər çox sinəsinə döyürlər ki, ölkədə “trend”dirlər. Onlar gedib orada konsert verə bilərlər, amma vermirlər. Çünki bilirlər ki, onların fanatları market açılışlarında pulsuz dayanan insanlardır. Bura toyxana deyil ki, istədiyini oxuyasan və camaat da desin ki, sən sənətkarsan”.

O qeyd edib ki, bəziləri Heydər Əliyev Sarayında konsert verib guya özlərinə “level” qazanmaq istəyirlər: 

“Burada söhbət bayağı dediyimiz ifaçılardan gedir. Amma təəssüf ki, onların repertuarı buna imkan vermir. Bu gün tamaşaçı Sibel Cana Konqres Mərkəzində ön sırada baxmaq üçün 400 manat verirsə, bu, bizim günahımız deyil, müğənnilərin günahıdır. Siz də elə ifa edin ki, tamaşaçı sizi də dinləmək üçün bilet alsın. Necə olur ki, Konqres Mərkəzi açıldıqdan sonra yalnız 3-4 nəfər konsert verib? Ən çox Röya, bir dəfə Tünzalə Ağayeva, son zamanlarda isə Brilyant Dadaşova orada konsert verib. Azərbaycanlı müğənnilərdən danışıram. O da səhv etmirəmsə, yuxarı hissəni bağlamışdılar, ora bilet satılmamışdı. Deməli, problem müğənnilərdədir.

Yay ayıdır, efirlər yox, qalmaqal və süni qamaqallar yox, saytlarda heç kəsin ürəyini bulandıracaq xəbərlər yoxdur. Gedin elə gözəl mahnılar oxuyun ki, o mahnılarınıza görə sizə qulaq asmağa gəlsinlər. İzzət Bağırov deyir ki, xarici müğənnilərə ucuz kirayə verirlər, amma əksinə, xarici ifaçılar daha baha başa gəlir. Çünki onların öz rayderi olur, xüsusi tələbləri var. Bizim müğənnilərin çoxu isə rayderin nə olduğunu bilmir. Xaricdə otellərdə, konsertlərdə bizi biabır edirlər. Bəzən xarici rəqqas oynayır, müğənninin nə oxuduğunu bilmir, məşq etməyib, sadəcə səhnəyə çıxarılıb. Bu biabırçılıqdır. Konsertə aylarla hazırlaşmaq lazımdır”.

Prodüser bildirib ki, bəzi müğənnilər 5 min manatlıq konsert vermək istəyir:

“Məncə, İzzət Bağırov İlham müəllimə müraciət etsə ki, mən burada konsert vermək istəyirəm, o ona şərait yaradar. Çünki Saraydan gəlir dövlətə gedir, cibə qoyulmur. Nazirlikdən məktubla endirim də edilə bilər. İzzət Bağırov illərlə konsert verib, qiymətlərə bələddir. Əlbəttə, kənarda bir 100 min manatı olmalıdır. İstəyir ki, 5 min manata konsert versinlər? Elədirsə, bir milyonluq, yarım milyonluq villada yaşamasınlar, gedib Masazırda, Sulutəpədə, şəhərin uzaq yerlərində 50 minlik evdə yaşasınlar. Pulları yoxdursa, gedib Sədərəkdən geyinsinlər. Niyə gedib bahalı yerdən alıb çoxusu da pulu vermirlər?

Müğənni özünü imkanlı göstərirsə, sənətinə də pul qoymalıdır. Aygün Kazımova, Röya və başqaları 20 minlik klip çəkdirirlər. Bəziləri isə 500 manatlıq klip çəkdirirlər və 10 gün bütün kanalları bir-bir gəzirlər. Veriliş qurtarır, deyir ki, indi Zümrüdün, Zaurun verilişinə gedirəm. Bir gündə 3 yerə necə çatdırıb gedirsən? Deyir ki, boş vaxtım var, çıxım da. Yəni "sənətlə çıxım" demirlər, "təki çıxım nə gəldi danışım" deyirlər. Onsuz da nə gəldi sual verirlər. Bizim ən böyük problemimiz budur”.

Tarix Əliyev vurğulayıb ki, bəlkə də İzzətin 100 mini var, sadəcə cibindən xərcləmək istəmir:

“İzzət Bağırov 35-40 ildir sənətdədir, illərlə konsert verib. Gözəl dostları var. Niyə ona sponsor olmurlar? Halbuki zəif sənəti olanlara belə sponsor tapılır. Söhbət təkcə İzzətdən getmir. İzzətə böyük hörmətim var, gözəl insandır, sənətdə öz sözünü demiş şəxsdir. Düşünürəm ki, İzzət Ağadadaş Ağayevdən sonra toy sənayesində ən çox tələb olunan müğənnilərdən biridir. Bəlkə də İzzətin 100 mini var, sadəcə cibindən xərcləmək istəmir.

Müğənninin hansısa zəng vurub desə ki, konsert ver, deyəcək nəyimə lazımdır? 1600 nəfərlik zalda orta hesabla 50 manatlıq bilet satılsa, 100 mindən çox gəlir əldə etmək olar və xərci də çıxar. İndi biletlər “iTicket”də satılır, hər şey şəffafdır. Deməli, müğənnilər arxayın deyillər ki, bilet satacaqlar. Söhbət yenə deyirəm ki, İzzətdən getmir, ümumiyyətlə, müğənnilər özlərinə arxayın deyillər. Bəziləri bilir ki, tamaşaçısı o market qabağında bunlara görə qışqıranlar gedib 10-20 manat verib bilet almayacaq”. 

O vurğulayıb ki, Azərbaycan müğənniləri öz tamaşaçılarına etibar eləmirlər:

“Necə olur ki, Elnarə Abdullayeva və Nuri Sərinləndirici hit mahnı oxumasa da, konsert verir və bilet satır. Röya iki gün ardıcıl konsert keçirir, Aygün Kazımova ayda 10 restoranda çıxış edə bilir? Orada qiymət lap bahadır. Camaat keyfiyyətli musiqiyə gedir. Deməli, sadiq tamaşaçı var və hər zaman bilet alacaqlar. Siz ildə bir dəfə 1600 nəfər toplaya bilmirsiniz? Səhifənizdə o qədər izləyici var. Birinin 2 milyon, digərinin 3 milyon izləyicisi var. Yəni bunun 00,1 faizi sənin üçün bilet alıb gəlməyəcək? Demək ki, hamısı yalandır. 

Castin Timberlake Azərbaycanda konsert verəndə dünyanın müxtəlif ölkələrindən tamaşaçılar gəlib izlədilər. Üzeyir Mehdizadə və Roza Zərgərli Özbəkistana gedir, fərqi yoxdur, neçə manata çıxış edirlər, amma fakt odur ki, konsertlərində zal dolur. Necə olur ki, onlara bilet alırlar, amma sizə almırlar? Mətanət İskəndərli 20 ildən çox fasilədən sonra konsert verdi və bütün biletlərini satdı. Əgər sənin sadiq tamaşaçın varsa, o, həmişə sənin biletini alacaq. Könül Xasıyeva ildə iki dəfə konsert verir. O, nə vaxt yeni mahnı oxuyub ki? Sadəcə muğam və təsnif ifa edir. Necə olur ki, onun konsertinə gedən var, amma sizə yoxdur?

Ona görə də bu, bir bəhanədir. Onlar yalnız yol kənarındakı restoranlarda çıxış edib adını “konsert” qoymaq istəyirlər. Sonra bəzi sosial şəbəkə səhifələrinə 300 manat verirlər ki, "filan müğənni izdihamlı konsert verdi” yazsınlar. Bu, əsasən qadın müğənnilərə aiddir. Bunlar A kateqoriyalı ifaçılar deyil, 3-5 min manata orada-burada oxuyub, sonra da qazandıqlarının min manatını “fanatlar izdiham yaratdı” görüntüsü üçün xərcləyənlərdir. Elə açıq şəkildə deyin ki, biz toyxana müğənnisiyik, vəssalam. Amma yenə də deyirəm, bu dediklərim İzzət Bağırova aid deyil”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri