Icma.az
close
up
RU
Tolikdən Fərqanəyə sərt: NİGARA NİYƏ SÖZ ATIR?

Tolikdən Fərqanəyə sərt: NİGARA NİYƏ SÖZ ATIR?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Aparıcı və prodüser Tarix Əliyev (Tolik) “Dream Fest” festivalında baş verənlərlə bağlı səslənən tənqidlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Tolik bu barədə sosial mediada Nigarla bağlı paylaşıma rəy bildirib.

O qeyd edib ki, bir çoxları festivalın mahiyyətini düzgün başa düşmür:

“Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar “DreamFest”in necə keçdiyini tam anlamırlar. Bu bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər. Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil - bu yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər”.

Tolik muğam ifaçısı Fərqanə Qasımovanın “Dream Fest”lə bağlı səsləndirdiyi tənqidlərə də cavab verib:

“Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü “bir nömrə” sayan, Youtube, TikTok, Instagram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən “bozbaş müğənnilər”dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var. Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır. Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, “muğam ifaçısıyam” deyib, əslində isə muğamdan bixəbər olan, mersiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi. Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, “mənim səsim var, çünki muğam oxuyuram” deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır”.

Aparıcı qeyd edib ki, Nigar Camal Azərbaycanın mədəniyyətində xüsusi yerə malik sənətçidir:

“Nigar, məncə, şou-biznesin ən parlaq simalarından biridir. Əgər onun geyimi ona yaraşıbsa və özü belə istəyibsə, biz azad ölkədə yaşayırıq, hər kəs öz seçiminə görə yaşaya bilər. Nigar heç vaxt TikTok, Instagram və Youtube vasitəsilə özünü önə çıxarmağa çalışmayıb. Əri ola-ola başqa kişilərin hesabına irəliləyən bəzi sosial media məşhurlarından tam fərqli olaraq, Nigar Azərbaycanı rəsmi olaraq Avroviziyada təmsil edib və ölkəmizə birinciliyi qazandıran ilk qadın ifaçıdır. Fikrimcə, belə bir insanı oturduğu yerdə hədəfə almaq düzgün deyil. Nigar da, Aysel də Avropa səhnəsində Azərbaycan bayrağını ucaldan sənətçilərdir. Niyə onları bu cür tənqid edirlər? Niyə bundan sonra ora muğam oxuyanları göndərmirlər? Bu gün burada haqlı olan Nigardır”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyul 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri