Icma.az
close
up
RU
Tom Barak İsraili tənqid etdi

Tom Barak İsraili tənqid etdi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriyada dürzilərin gərginliyinin azaldılmasından sonra İsraili tənqid edərək, Vaşinqtonun Ankara ilə Dəməşq arasında mümkün müdafiə razılaşmasına qarşı olmadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Tom Barrak Suriyanın cənubunda dürzi gərginliyinin səngiməsindən sonra Livana səfəri zamanı “Associated Press”-ə verdiyi müsahibədə həm Dəməşqə, həm də federalizm tələbi ilə mərkəzi hakimiyyətə qarşı çıxan dürzi silahlı qruplarına və PKK-nın Suriya qolu olan SDQ-yə mesajlar verib.

Tom Barak Suriyanın təxminən 14 ildir davam edən vətəndaş müharibəsinin təsirlərindən hələ də xilas olmağa çalışdığını və indi də məzhəb zəmnində zorakılıqlarla sarsıldığını qeyd edərək, ölkədə birliyi təmin etmək üçün Dəməşqdəki hökumətlə birgə çalışmaqdan başqa planlarının olmadığını bildirib.

Ölkənin cənubunda bir həftədir davam edən insan hüquqları pozuntuları ilə bağlı da danışan Barak, Süveyda şəhərində hər iki tərəf tərəfindən törədilən qətllərin qəbuledilməz olduğunu, Dəməşq rəhbərliyinin məsuliyyəti üzərinə götürməli və hesabat verməli olduğunu desə də, “Fikrimcə, Suriyanın hazırkı hökuməti yeni qurulmuş və çox az resursa sahib bir idarə olaraq, müxtəlifliyi yüksək bir cəmiyyəti bir araya gətirməyə çalışarkən əlindən gələni edir” sözlərini işlədib.

İsrailin Dəməşqdəki bəzi nöqtələri hava zərbələri ilə vurmasını da tənqidi tonda şərh edən Barak, “İsrailin suveren bir dövlətə müdaxilə etməsini qəbul etmək və ya etməmək çətin məsələdir” deyərək, Tel-Əvivin Dəməşqə hücumunun zamanlamasının pis olduğunu və sabitlik səylərini çətinləşdirdiyini bildirib.

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi əlavə edib ki, İsrail Suriyanı güclü mərkəzi hakimiyyətə malik bir dövlət kimi yox, parçalanmış şəkildə görməyə üstünlük verir:

“Güclü milli dövlətlər təhdiddir. Xüsusilə ərəb dövlətləri İsrail üçün təhlükə kimi görülür”.

Barrak bir neçə həftə əvvəl “Rudaw”-a verdiyi müsahibədə də Suriyada və İraqda federal idarəetmə modellərinin işləyə bilməyəcəyini vurğulayaraq, “Hamımız razılaşmalı və bu nəticəyə gəlməliyik: tək millət, tək xalq, tək ordu, tək Suriya” sözlərini səsləndirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri