Tomas Pojar: Bakıya yenidən qayıtmaq və burada olmaq həmişə xoşdur
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Bakı Enerji Forumu dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri bir araya gətirib. Tədbir yüksək səviyyədə təşkil olunub və yeni əlaqələr qurmaq üçün əla imkan yaranıb".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Çex Respublikasının milli təhlükəsizlik üzrə müşaviri Tomas Pojar deyib.
O, sözlərinə belə davam edib:
"Bakıya yenidən qayıtmaq və burada olmaq həmişə xoşdur. Burada çox maraqlı insanlardan ibarət bir qrup var. Bəzilərini əvvəllər görmüşəm, bəziləri ilə isə ilk dəfə tanış oluram".
"Bakı Enerji Forumu Azərbaycanın enerji sektorundakı önəmini və beynəlxalq əməkdaşlıq sahəsindəki rolunu bir daha nümayiş etdirir", - deyə T.Pojar əlavə edib.
Məhərrəm Əliyev

