Tomasson: “Sabah qələbə qazanmaq istəyirik”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson sabah UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Millidə 4 oyunda 3 dəfə məğlub olmusunuz. Qısa müddətdə nəyi dəyişə bilmisiniz?
– Yeni başlamışıq və getdikcə daha yaxşı oynayırıq. Məğlubiyyətlərin müəyyən səbəbləri var. Bəzi oyunçuları sınaqdan keçiririk, vacib məqam düzgün istiqamətdə olmağımızdır. Sabah mütləq qələbə qazanmalıyıq. Futbolçular milli üçün oynadıqlarını başa düşməli, soyuqqanlı davranıb düzgün qərar verməlidirlər.
– Azərbaycan yığması və futbolu haqda nələr bilirsiniz?
– Onların son oyunlarını izləmişik. Azərbaycan yığması evində yaxşı oynayır. Belçika və Avstriya ilə matçlarda yaxşı çıxış etdilər, İsveçə də qalib gəlməyi bacarmışdılar. Sabah qələbə qazanmaq istəyirik.
– Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun komandaları müdafiəyə daha çox diqqət verirlər. Sabah iki hücumçu ilə oynayacaqsınız?
– Məqsədimiz futbol oynamaqdır, yəni, daha çox hücumda olmaq. Komandamdan gözlənim budur. Ancaq tək hücum etməklə də iş düzəlmir, balansı qorumaq lazımdır.
– Oyuna hazırlıq necə keçib?
– Bəzi oyunçular düşərgəyə gec qoşuldular. Düzgün yanaşma və yaxşı futbol istəyirik. Qələbə üçün daha yaxşı oynamalıyıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 05 İyul 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















