Tomassonun yerini tutdu
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İsveç yığmasında baş məşqçi problemi həllini tapıb.
"Football-plus.az" xəbər verir ki, komandaya yenə başqa ölkədən olan mütəxəssis təyinat alıb.
Sonuncu iş yeri “Vest Hem” olan Qrehem Potter İsveç yığmasının yeni baş məşqçisi təyin olunub. İngiltərəli mütəxəssis bu vəzifədə uğursuz nəticələrə görə postunu tərk edən danimarkalı Yon Dal Tomassonu əvəzləyib. İsveç Futbol Federasiyasının saytının məlumatına görə, Potterlə razılaşdırılan müqavilənin müddəti DÇ-2026-nın seçmə turnirinin sonuna qədərdi. Komanda gələn il keçiriləcək mundiala vəsiqə qazanacağı halda 50 yaşlı məşqçi ilə əməkdaşlığın müddəti artırılacaq.
Yeri gəlmişkən, İsveç yığması hazırda dünya çempionatının seçmə turnirində B qrupunda 4 oyuna 1 xalla 4-cü yeri tutur. Komandanın DÇ-2026-da oynamaq şansı praktiki cəhətdən minimuma bərabərdi.
Potterin İsveçə dəvət edilməsi heç də təsadüfi deyil. O, bu ölkədə 2011-18-ci illərdə “Östersund” klubuna rəhbərlik edib və komanda ilə ölkə kubokunu qazanıb. Təcrübəli mütəxəssis həmçinin “Lids Karneci”, “Suonsi”, “Brayton” və “Çelsi”ni də çalışdırıb.
Baxış sayı:29
Bu xəbər 24 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















