Icma.az
close
up
RU
Toplum TV işi üzrə məhkəmə başladı: Mən sadəcə müəllim işləmişəm

Toplum TV işi üzrə məhkəmə başladı: Mən sadəcə müəllim işləmişəm

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin hamısı cinayət işinə xitam verilməsini, əks halda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Eyni vəsatətlə bağlı Ələsgər Məmmədli müttəhim kürsüsündən çıxış edib. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini, yekunda bəraət alacağına ümid etdiyini deyib: “Mənə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər ittihamlar verilib. Amma mən sadəcə müəllim işləmişəm. Bir dənə avtomobilim var, onun da üstünə həbs qoyulub. Vəkillərimlə tam razıyam. Hər gün təcridxanada televizora baxıram. Təəssüf edirəm ki, şəklimi qoyub yazırlar ki, qaçaqmalçıdır”.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər hələ ki vəsatətlərin heç biri ilə bağlı qərarı elan etməyib.

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri