Icma.az
close
up
RU
Topluma rüşvətdən “dərs keçənlər” niyə məxfi işləyib? 8 ildə 44 səfər...

Topluma rüşvətdən “dərs keçənlər” niyə məxfi işləyib? 8 ildə 44 səfər...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə Azərbaycanın aparıcı Qərb dövlətləri və institutları ilə gərginləşən münasibətləri ölkəmizin daxilində də bu çevrələrə bağlı çox böyük bir informasiya-təbliğat şəbəkəsinin, ictimai rəyi mütəşəkkil qaydada yönləndirmə qruplarının aşkarlanıb üzə çıxarılması işinə təkan verdi.

Qərblə münasibətlərdəki gərginliyin əsas səbəbi isə Qərbpərəst Paşinyan hökumətinin idarə etdiyi Ermənistanı Azərbaycanın döyüş meydanında məğlub edərək, ərazisindəki 30 illik işğala və separatizmə son verməsi ilə bütövlükdə Cənubi Qafqazda yeni reallıqlar yaratması idi. 

Baxmayaraq ki, Ermənistan hökuməti bu məğlubiyyət faktı ilə barışmış və üzərinə təslimçi öhdəliklər götürməklə atəşkəs razılaşması da imzalamışdı, ancaq  ABŞ-dəki Bayden administrasiyası və onların diktəsi ilə davranan Avropa İttifaqının aparıcı dövlətləri, xüsusən də Fransa kollektiv Qərbin 30 illik Cənubi Qafqaz strategiyasına kökündən təsir edəcək bu yeni reallıqların beynəlxalq müstəvidə qəbulunu istəmir və hər vasitə ilə Azərbaycanın hərbi qələbəsinin diplomatiya masasında da uğurla tamamlanmasına, beynəlxalq legitimlik qazanmasına ciddi əngəl törədirdilər.

Elə erməni lobbisinin çox güclü olduğu bu iki dövlət - ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa da Azərbaycanın qələbəsinin əlindən alınması istiqamətində beynəlxalq müstəvidə aparılan kampaniyada daha çox fəallıq göstərir, təsirləri altındakı bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mənfi, Ermənistan hakimiyyətinin müsbət imicinin formalaşdırılmasına çalışır, bu yöndə ictimai rəyin yönləndirilməsi və informasiya-təbliğat işlərinə isə həm öz ərazilərindən, həm də digər ölkələr üzərindən çox həvəslə maddi-siyasi dəstək verirdilər. 

İş o yerə çatmışdı ki, birbaşa ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə 2021, 2023 və 2024-cü illər ərzində çağırılan və Qərbin “dostları ilə düşmənlərinin sərhədlərinin müəyyənləşmə tədbiri” kimi qələmə verilən 3 Demokratiya Sammitinin hər üçünə KTMT-də və Avrasiya İttifaqında təmsil olunan Ermənistan rəsmən dəvət aldığı halda, hərbi bloklara qoşulmamaq siyasəti yürüdən Azərbaycan dəvət edilməmiş, bu məqsədli təcrid siyasəti böyük bir informasiya-təbliğat şəbəkəsinin əli ilə ölkəmizin “antidemokratik mahiyyəti” ilə “əsaslandırılmağa” başlanılmışdı.

Üstəlik, bu 3 sammitin hər birinin yekununda toplantıya çağırılmayan ölkələrin, o cümlədən də Azərbaycan hakimiyyətinin əleyhinə sərt tənqidlər səsləndirilərək faktiki olaraq, onun qeyri-qanuni yollarla dəyişdirilməsinə yönəlik təşəbbüslərin, ictimai-siyasi fəaliyyətlərin Qərb dövlətlərinin diplomatik korpusları, həmçinin USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), NED (Milli Demokratiya Fondu), EED (Avropa Demokratiyaya Yardım Fondu) və sair kimi məşhur donor təşkilatlar xətti ilə açıq şəkildə dəstəklənməsi qərara alınmışdı.

ABŞ-nin sabiq demokrat Prezidenti Baydenin hakimiyyətdə olduğu 4 il - 2020-ci ilin noyabrından 2024-cü ilin noyabrınadək (rəsmən 2021-ci ilin yanvarından 2025-ci ilin yanvarı) olan dövr ərzində Azərbaycandakı ictimai-siyasi prosesləri diqqətlə izləyən və ya araşdıran istənilən şəxs çox rahatca görə bilərdi ki, beynəlxalq müstəvidə Azərbaycan hakimiyyəti əleyhinə aparılan kampaniyaların təşkilində ölkəmizin daxilində mütəşəkkil dəstə halında fəaliyyət göstərən və məhz Qərb institutları tərəfindən maliyyələşən çox böyük bir şəbəkənin yaratdığı siyasi imkanlardan, xüsusən də informasiya-təbliğat resurslarında təqdim edilən materiallardan çox geniş və məharətlə istifadə olunur. 

Əsasən, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını istəyən siyasi partiya, QHT və media subyektlərinin təmsilçiləri sırasından seçilərək müxtəlif mövzularda təlimlərə, layihələrə cəlb edilən və aralarından da daha çox hakimiyyətdən narazı, incik düşmüş, milli-dini dəyərlərimizdən, adət-ənənələrimizdən uzaq şəxslərin ələ alınması yolu ilə uzun illər ərzində formalaşdırılmış, təşkilatlandırılmış, sabit maliyyə və informasiya qaynaqları olan bu şəbəkənin əsas missiyası isə əhali arasında müxalif, tənqidi fikrin güclənməsinə, ictimai rəyi hakimiyyət əleyinə yönəltməklə ona qarşı cəmiyyətdə kütləvi etimadsızlıq mühitinin yaradılmasına və dövlət orqanlarının, xüsusən də ictimai asayişə və təhlükəsizliyə cavabdeh güc strukturlarının etibarsızlaşdırılmasına çalışmaq, kritik situasiyalar üçün “fakt” hazırlamaq və həlledici məqamlarda da bağlı olduqları çevrələrin yanında yer almaq, göstərişlərini yerinə yetirmək olub.
Necə ki, bunu ölkəmiz üçün o kritik dönəmdə - bütün müharibə dövrü və ondan sonrakı müddətdə, eləcə də 2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna savaşının gedişi zamanı, həmçinin qonşu Gürcüstanın Qərblə münasibətlərinin kəskinləşdiyi pik vaxtlarda Azərbaycan üzərindən çox fəal şəkildə Qərb təbliğatı aparmaqla - açıq şəkildə Qərb cinahında, Qərb səngərlərində yer almaqla etmişdilər.

Bəxtiyar Hacıyevin həbsi ilə çözülən yumaq: İfşa prosesi haçan və necə başladı?

Əslində, Azərbaycanın ictimai-siyasi sektorunda çox geniş şaxə atmış Qərb şəbəkəsinin - təsir qruplarının maliyyələşmə mexanizmlərinin çözülməsində ABŞ-də oxuduğu illərdə bu ölkənin xüsusi xidmət qurumlarının diqqətini çəkmiş və bu şəbəkənin gələcək lideri kimi seçilib hazırlanan, yetişdirilən Harvard məzunu, ictimai fəal Bəxtiyar Hacıyevin 2022-ci ilin dekabrındakı həbsi çox mühüm rol oynadı.

2022-ci ilin dekabrında ictimai qaydanı pozmaq ittihamı ilə saxlanan Bəxtiyar Hacıyevin ilkin dindirilməsi və əlaqələrinin yoxlanılması zamanı müəyyən edildi ki, xaricdən, xüsusən də ABŞ və Avropadan qeyri-qanuni yollarla Azərbaycanın media və QHT sektoruna hansısa “xidmətlərin görülməsi” və “qrant” adı altında külli miqdarda hesabatsız, nəzarətsiz pullar daxil olur və ölkə qanunvericiliyinin tələblərinə zidd olaraq, bu pulların nə vergisi verilir, nə gərəkli sosial ödənişləri həyata keçirilir, nə də işçi kimi işə götürülənlərin və onlara verilən əməkhaqlarının hər hansı rəsmi qeydiyyatı aparılır.

Üstəlik, həmin vəsait məhz qanuna zidd olaraq, siyasi işlərə - hökumət əleyhinə müxtəlif tədbirlərin, təlim, dəyirmi masa və kütləvi aksiyaların keçirilməsinə, tənqidi hesabatların hazırlanmasına, sosial şəbəkələrdə və media resurslarında təbliğat kampaniyalarının aparılmasına, cəmiyyətdə və virtual məkanda təşkilatlanmaya, eləcə də Bəxtiyar Hacıyevin ətrafında Qərbdən maliyyələşən böyük bir “QHT koalisiyası”nın və müdafiə çətirinin qurulmasına yönəldilir...

O Bəxtiyar Hacıyevin ki, vaxtilə Azərbaycan Silahlı Qüvvələrində xidmətdən nümayişkaranə şəkildə imtina etmiş və Azərbaycan Ordusunda xidmətin “əqidəsinə uyğun gəlmədiyini” bildirmiş, buna görə də 2011-ci ildə qanuni əsaslarla həbsə atılmış və yalnız ABŞ dövlət katibi Hillari Klintonun xahişi ilə onun 2012-ci ildə Azərbaycana səfəri ərəfəsində əfv edilmiş, hətta imicinin gücləndirilməsi üçün Klintonla görüşü də təşkil edilmişdi. 

Düz 10 il sonra - 2022-ci ildəki həbsi zamanı isə hüquq-mühafizə orqanlarımız müəyyənləşdirdi ki, vaxtilə ölkəsinin müdafiəsində iştirak etməyi əqidəsinə uyğun saymayan, ancaq özünü cəmiyyətə yüksək vətənpərvərlik hissi olan və qanunun aliliyinə çalışan şəxs kimi qələmə verən bu fərarini davamlı şəkildə qanunsuz yollarla maliyyələşdirən və geniş lobbiçiliyini aparan Qərb xüsusi xidmət qurumları, əslində Azərbaycanda da 2018-ci ildəki “Ermənistan inqilabı”nın tətbiqi üçün hazırlayırmışlar və bu məqsədlə onun həm Ermənistandakı QHT-lərlə əlaqəsini qurublar, həm də Azərbaycan cəmiyyətində ictimai nüfuzunu möhkəmləndirmək məqsədilə 2019-cu ildə Parisdə Paşinyanla görüşünü təşkil ediblər.

Bəxtiyar Hacıyevin istintaqından hüquq-mühafizə orqanlarımızın gəldiyi qənaət bu idi ki, onun əsas missiyalarından, tapşırıqlarından biri məhz Azərbaycanda Qərb donorlarından leqal və qeyri-leqal yollarla davamlı şəkildə maliyyələşəcək geniş QHT şəbəkəsi qurmaq, bu məqsədlə müxtəlif təlimlər, layihələr keçirərək əsasən Qərb dəyərlərinə və həyat tərzinə üstünlük verən tələbə-gəncləri bu işlərə cəlb etmək və aralarından daha bacarıqlılarını seçib donorlara yönləndirmək, gələcəkdə isə onlardan Qərbin maraqları lehinə siyasi güc aləti kimi yararlanmaq olub.

Hacıyevdən “AbzasMedia”ya, “AbzasMedia”dan “Toplum”a açılan qapılar

Sözsüz ki, Bəxtiyar Hacıyev işində açılan bu yeni istiqamətlər - ölkənin ictimai-siyasi sektoruna qeyri-qanuni yollarla külli miqdarda pul vəsaitlərinin axıdılması, insan hüquqlarını qoruyan QHT və media çətiri altında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, ictimai rəyi formalaşdırma və yönləndirmə qruplarının hazırlanması və siyasi hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsi faktları hüquq-mühafizə orqanlarını zəncirvari şəkildə eyni üslubda fəaliyyət göstərən digər ünvanlara da götürdü. 

Hazırda məhkəməsi yekunlaşmaq üzrə olan “AbzasMedia”çıların işi, əslində Hacıyevlə başlayan çözüm zəncirinin ikinci mühüm həlqəsi idi. Mediada “AbzasMedia”nın hansı məqsədlərlə və necə, hansı təşkilatlar tərəfindən maliyyələşdirildiyi haqda təfsilatlı araşdırmalar gedib (Bax: AbzasMedia işi).

Qısaca, bir daha xatırladırıq ki, Azərbaycan hökumətinin Qərblə münasibətlərinin pisləşdiyi bir dövrdə - təkcə 2020-2023-cü illər ərzində “AbzasMedia” saytının rəhbəri Ülvi Həsənov, saytın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), tərcüməçi və köməkçi Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı, ictimai fəal Elnarə Qasımova, Fərid Mehralızadə və digərləri istintaqla tam sübuta yetirilən 15 layihənin həyata keçirilməsi adı altında ölkənin milli qanunvericiliyinə zidd şəkildə xarici donorlardan toplam məbləği 545 min 278,46 manat olan maliyyə vəsaiti əldə edərək onun 459 min 294,57 manatını xaricdə nağdlaşdıraraq, qaçaqmalçılıq yolu ilə, gömrük yoxlamasından gizlətməklə ölkəyə gətirib, 82 min 467,58 manat məbləği isə məhz adsız kartlar vasitəsilə Azərbaycandakı bankların bankomatlarından çıxararaq aralarında bölüşdürüblər...

Bu sırada çözüm zəncirinin üçüncü həlqəsi isə Qərb donorlarının 4 il ərzində hələ istintaqla tam sübuta yetirilən 1 milyon 38 min 617,84  manat məbləğində vəsait ayırdıqları “Toplum TV” işidir.

“Toplum TV”: Topluma korrupsiyadan “dərs keçənlər”in korrupsiya piramidası

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində elan edilmiş ittiham aktından görünür ki, “Toplum TV” işində bir yox, əslində bu media qurumu adı altında təmərküzləşmiş və hər hansı dövlət qeydiyyatından keçməyən bir neçə təşkilatın - “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “Fakt Yoxla” və “III Respublika Platforması” adlı 4 qurumun, eləcə də bu təşkilatların “www.toplum.tv”, “www.idi-aze.org”, “www.faktyoxla.info” və “3republic.org” adlı internet səhifələri, sosial şəbəkə hesabları üzərindən bir qrup şəxsin mütəşəkkil dəstə halında konkret layihələr üzrə Azərbaycanda qrant vermək hüququ olmayan xarici donorlardan və səfirliklərdən xüsusilə külli miqdarda pul vəsaitini necə, hansı yollarla əldə etdiklərindən və ölkəyə necə gətirdiklərindən, nələrə xərclədiklərindən bəhs edilir. 

Bu qeyri-qanuni yollarla maliyyə əldəetmə mexanizminin başında isə özlərini Azərbaycan cəmiyyətinə həmişə “dürüst hüquqşünaslar”, “hüquq müdafiəçiləri” və “yeni nəsil siyasətçilər” kimi təqdim etməyə çalışan, çıxışlarında qanunların aliliyindən danışaraq hökuməti davamlı şəkildə korrupsiyada və digər qanunsuzluqlarda ittiham edən, hər birinin tərcümeyi-halında isə Qərb təsisatları ilə sıx əlaqələri qabarıq nəzərə çarpan üç populyar şəxs - “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, 2006-2016-cı illərdə “Ümid” partiyasının MSK üzvü olmuş Akif Qurbanov, media hüququ üzrə mütəxəssis, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və eləcə də “D-18” hərəkatının sədri, “III Respublika Platformasının” qurucu üzvlərindən biri olan Ruslan İzzətli durub.

Doğrudur, ittiham olunduğu maddələr üzrə əvvəlcə istintaqa ifadə verməkdən imtina edən Akif Qurbanov 2025-ci ilin fevralında cinayət işinin materialları ilə ətraflı tanış olduqdan və müstəqil qurumlar kimi qələmə verilən 4 təşkilatın dördünün də koordinasiyasının, idarəetməsinin və eləcə də maliyyə əməliyyatlarına rəhbərliyin birbaşa onun tərəfindən həyata keçirilməsinin konkret dəlillər və şahid ifadələri ilə tam sübuta yetirildiyini anladıqdan sonra bütün göstərişlərin özü tərəfindən verildiyini, Ələsgər Məmmədli, Ruslan İzzətli və digərlərinin də onun tapşırıqlarını yerinə yetirdiklərini etiraf edib.

Ancaq istintaq təkzibolmaz dəlillərlə onu da tam sübuta yetirib ki, Akif Qurbanov bütün bu işlərin görülməsində tək olmayıb, adları çəkilən digər yaxın dostları - Ələsgər Məmmədli və Ruslan İzzətli, həmçinin əvvəlcədən tanıdıqları Əli Zeynalov, Müşfiq Cabarov, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov, Elmir Abbasov və şəxsiyyəti istintaqla hələ araşdırılan qeyriləri ilə mütəşəkkil dəstə tərkibində birləşərək planlı şəkildə 2019-cu ildən 2024-cü ilədək “Toplum TV” adlı qurumun adından ayrı-ayrı qrant layihələri üzrə xarici donor təşkilatlarından qeydiyyata alınmamış müqavilələr (qərarlar) əsasında 1 milyon 38 min 617,84  manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Əldə etdikləri bu məbləğin xarici valyutada olan 837 min 223,75 manatını maliyyə əməliyyatlarının gizliliyinin təmin edilməsi üçün xaricdə donor təşkilatları təmsilçiləri ilə birbaşa görüşlər zamanı nağd şəkildə təhvil alaraq, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib və aralarında bölüşdürüb, eləcə də dövlət büdcəsinə 79 min 441 manat verginin ödənilməsindən yayınıblar. 

Baxmayaraq ki, hər üç şəxs - Akif Qurbanov, Ələsgər Məmmədli və Ruslan İzzətli öncədən ölkə qanunvericiliyinin - həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, həm “Media haqqında”, həm “Mühasibat uçotu haqqında” qanunların, eləcə də “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın və Əmək Məcəlləsinin tələblərində bu üsullarla maliyyə vəsaiti əldə etməyin və sahibkarlıq fəaliyyəti göstərmənin qadağan olunduğunu çox yaxşı biliblər, bununla belə, onlar qanunsuz yollarla əldə etdikləri bu vəsaitlərin ölkəyə gətirilməsi və xərclənməsi üçün yenə də mütəşəkkil dəstə halında daha ağır cinayət əməllərinə baş vuraraq, dövlət qurumlarını aldatmaq üçün ən müxtəlif mexanizmlər, ssenarilər işləyib hazırlayıblar.

Məsələn, istintaq müəyyənləşdirib ki, dəstə üzvləri yaxın qohumlarını və ya qohumları ilə isti münasibətdə olan başqa şəxsləri öncədən xəbərdar etmədən, onları aldatmaqla və ya adlarına olan bank hesablarından yararlanmaqla öz cinayətkar maraqları naminə xaricdən, xüsusən də qonşu Gürcüstandan ölkəyə pul daşınması və köçürülməsi işinə cəlb ediblər. Bu haqda istintaqda xeyli şahid ifadələri mövcuddur və yəqin ki, o şahidlər məhkəmədə daha təfsilatlı danışacaqlar...

“Toplum TV”də “AbzasMedia” dəsti-xətti: Eyni təşkilatlar, eyni ölkələr, eyni iş üsulu, eyni ünvanlar...

İstintaq materiallarından aydın olur ki, “Toplum TV”nin rəhbərliyi və əməkdaşları 2023-cü ilin noyabrında “AbzasMedia”çıların polis tərəfindən saxlanılmalarından və dindirilməyə cəlb edilmələrindən bərk təşvişə düşərək, eyni fəaliyyətlə məşğul olduqlarından, belə həbslərin onlarla bağlı keçirilə biləcəyini gözləyiblər.

Nələrin baş verdiyini aydınlaşdırmaq, atacaqları gələcək addımları müəyyənləşdirmək üçün, hətta birgə toplantının keçirilməsini zəruri sayıblar və bu haqda bir-biriləri ilə, o cümlədən Akif Qurbanovla telefon yazışmaları da aparıblar. Ancaq Akif Qurbanov onlara 2023-cü ilin 30 dekabrında Xədicə İsmayılın evində yığışıb müzakirə aparacaqlarını vəd etsə də, özü həmin vaxt toplantıya qatılmayıb, Xədicə İsmayıl isə, ümumiyyətlə, bu barədə danışmayıb.

Bu hadisədən sonra “Toplum TV” əməkdaşlarına əməkhaqlarının verilməsində fasilənin yaranması, Akif Qurbanov, Ələsgər Məmmədli və Ruslan İzzətlinin ofisə gəliş-gedişlərinin və heyətlə təmaslarının azalması “Toplum TV” kollektivi arasında təşvişi və təlaşı daha da artırıb.

“AbzasMedia”çıların həbsinin “Toplum TV”də yaratdığı bu narahatlıq, təşviş isə əbəs deyilmiş: bir çox sübutların məhv edilməsinə və ya gizlədilməsinə, ifşa olunmamaq üçün ifadə verməkdən imtinalara baxmayaraq, istintaq texniki vasitələrin köməyindən də yararlanmaqla tam müəyyənləşdirib ki, hər iki təşkilat - həm “AbzasMedia”, həm də “Toplum TV” adı altında birləşmiş 4 qurum siyasi və maddi baxımdan Qərbdəki eyni mərkəzlərə bağlı olublar, eyni hədəf və missiya üzrə eyni ölkələrin səfirliklərinin xətti ilə təlimatlandırılıblar, eyni ölkələr üzərindən maliyyələşdirilib, bütün fəaliyyətlərinin pərdələnməsində də eyni üsullardan, məxfiçilik qaydalarından istifadə ediblər.

Məsələn, “AbzasMedia”ya qrant ayıran donorlar eyni qaydada eyni dövr ərzində “Toplum TV”yə də vəsait ayırıblar. Bir nümunə: “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” “AbzasMedia”ya 01 avqust 2021-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan dövr ərzində - 11 aya 60 min 576,80 manat təşkil edən 29 990 avro ayırıb, “Toplum TV”yə isə 6 aylıq - 16 avqust 2021-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək olan dövr üçün həmin dövrün məzənnəsi ilə 35 min 541,24 manat təşkil edən 17 600 avro...

Yaxud Ələsgər Məmmədlinin uzun illər çalışdığı Amerika Birləşmiş Ştatlarının “Internews” təşkilatı “AbzasMedia”ya 2022-2023-cü illər ərzində iki dəfə toplam məbləğ 20 min 400 manat olan 12 000 dollar pul ayırıb...

Hətta hər iki təşkilat eyni mənzildən belə, ayrı-ayrı vaxtlarda ofis kimi istifadə edib. Məsələn, 01 fevral 2022-ci il tarixdən 2023-cü ilin iyulunadək “Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 14” ünvanı Ülvi Həsənovgilin - “AbzasMedia”çıların kirayə götürdüyü ofis olub, 2023-cü ilin noyabrından 2024-cü ilin fevralınadəksə Akif Qurbanovgilin - “Toplum TV”də birləşmiş DTİ və “III Respublika Platforması”nın...

“Toplum TV” əməkdaşları da eynən “AbzasMedia”çılar kimi öz fəaliyyətlərini hədsiz dərəcədə məxfiçilik şəraitində həyata keçirməyə üstünlük veriblər: onlar da yazışmalarını, hesabat və maliyyə işlərini kağızda yox, yalnız elektron qaydada və “protonmail.com” elektron poçtu üzərindən və öncədən müəyyənləşdirilmiş şərti adlar və parollarla aparıblar; “Signal Messencer”lə bir-birlərinə işlə bağlı göndərdikləri mesaj, məlumat, foto və videoları isə göndərdikdən dərhal sonra siliblər.

Eynilə “AbzasMedia”çılar kimi, “Toplum TV” heyəti də diqqət çəkməmək üçün daha ucuz başa gələn biznes-məkanlardan deyil, məhz yaşayış mənzillərindən ofis kimi istifadəyə üstünlük veriblər. Məsələn, “Toplum TV”nin 2020-ci ilin noyabr ayından 2024-cü ilin mart ayının əvvəllərinədək ofis kimi istifadə etdikləri “Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 98B” ünvanı ayrıca, 3 mərtəbəli həyət evi olub və Akif Qurbanov onun aylıq icarəsinə əvvəlcə 1700 manat, daha sonra isə 2100 manat ödəyib.
Paralel şəkildə, 2023-cü ilin noyabrından 2024-cü ilin fevralınadək, “Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 14” ünvanı isə ayı 800 manat olmaqla ikinci ofis kimi icarəyə götürülüb.

“AbzasMedia”da olduğu kimi, “ToplumTV”nin ofisində də “gənc jurnalistlər”, “gənc hüquqşünaslar”, “gənc menecerlər” adı altında təlimlər, layihələr keçirilib və bu təlimlərdə seçilən bacarıqlı gənclər məhz Qərbin təbliğat ruporlarında - “Azadlıq Radiosu”nda, “Amerikanın Səsi”ndə, “Meydan TV”də, “BBC”də və digərlərində əməkdaşlığa cəlb ediliblər, eyni zamanda Avropada yerləşən internet televiziyaları və sosial şəbəkə səhifələri üçün çəkilişlər aparıb, materiallar hazırlayıblar.

Həm “AbzasMedia”, həm də “Toplum TV” əməkdaşlarının ən çox istifadə etdikləri xarici banklar isə Gürcüstandakı “TBC Bank”, Çex Respublikasında “UniCredit Bank” olub. 

“AbzasMedia”da olduğu kimi, “Toplum TV” əməkdaşlarının da ən çox gedib-gəlidkləri ölkə məhz qonşu Gürcüstan olub. 
Məsələn, cinayət işinin materiallarına əlavə edilmiş sərhədkeçmə hesabatına əsasən Akif Qurbanov 24 oktyabr 2002-ci il tarixdən 28 yanvar 2024-cü il tarixədək olan müddətdə 76 dəfə, o cümlədən 14 yanvar 2016-cı il tarixdən 28 yanvar 2024-cü il tarixədək olan müddət ərzində 44 dəfə; Ələsgər Məmmədli 28 avqust 2004-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində 59 dəfə, o cümlədən 12 fevral 2016-cı il tarixdən 08 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində 38 dəfə; Ruslan İzzətli 24 yanvar 2016-cı il tarixdən 28 yanvar 2024-cü il tarixədək olan müddət ərzində 20 dəfə; Əli Zeynalov 16 oktyabr 2016-cı il tarixdən 09 iyul 2023-cü il tarixədək olan müddət ərzində 20 dəfə ölkə hüdudlarını tərk edərək, geri qayıdıblar. 

İstintaq müəyyən edib ki, bu səfərlərin əksəriyyəti Gürcüstana edilib və pullar Gürcüstandakı banklardan nağdlaşdırılaraq, hissə-hissə, qaçaqmalçılıq yoluyla ölkəyə gətirilib.

Səfirliklər “özününkülərin” məhkəməsində iştiraka niyə can atırlar?

Bəxtiyar Hacıyev, “AbzasMedia” və “Toplum TV” işlərində diqqət çəkən daha bir mühüm məsələ isə ABŞ-nin və bir sıra Avropa ölkələrinin ölkəmizdəki səfirliklərinin hər üç istiqamətdə olan istintaq və məhkəmə proseslərini ciddi diqqətdə saxlamaları, eləcə də həbs olunanların müdafiələrinin təşkilinə can atmalarıdır. 

Konkret cinayət əməllərinə görə saxlanılan və məhkəmə qərarları ilə həbs edilən bu şəxslərin istintaqının nəticəsini gözləmədən, dərhal onları “siyasi məhbus” elan etmək və hüquqi-siyasi müdafiələrinə girişmək, hətta vəkillə təminat məsələlərini belə öz üzərlərinə götürmək heç də ABŞ və Avropa səfirliklərinin Azərbaycanda demokratiyanın vəziyyətindəki narahatlıqlarından və ya həbs olunanlara canıyananlıqdan irəli gəlmir.

Əksinə, “Toplum TV”nin istintaq materiallarından aydınlaşır ki, bu səfirlikləri daha çox narahat edən, bir tərəfdən, onların öz ölkələrinə aid qurumların əməllərinin hansı həddədək istintaqa məlum olduğunu öyrənmək və gələcək fəaliyyətlərində eyni boşluqları buraxmamaq və səhvləri aradan qaldırmaqdırsa, o biri tərəfdən də onların maraqlarını yerinə yetirən adamları köməksiz qoymadıqlarını sezdirməklə və həbsdən çxaracaqlarına ümid yaratmaqla həm məhkəmədə həqiqəti danışmalarının qarşısını almaq, həm də digərlərini də onlara xidmətə həvəsləndirmək məqsədi güdülür.

Məsələn, “Toplum TV” işində təqsirləndirilən şəxslərin üzərlərindən, mənzil və ofislərindən götürülən kompüter və telefonlara baxış zamanı aşkar olunmuş elektron sənədlərdə “Demokratik Təşəbbüslər İnstitutu”nun ABŞ, Fransa, İngiltərə, Almaniya, Hollandiya səfirlikləri tərəfindən maliyyələşməsinə və ona diplomatik səviyyədə dəstək göstərilməsinə, eləcə də Azərbaycandakı QHT-lərin Avropa İttifaqı tərəfindən qeyri-leqal maliyyələşməsinə və müdafiələrinin daha yaxşı təşkilinə dair xeyli qeydlərə, təklif və tövsiyələrə rast gəlinir.

Bu qeydlərdə “Demokratik Təşəbbüslər İnstitutu”nun dövlət qeydiyyatına alınmasında çətinliklər olduğu göstərilir, donorlardan gələn maliyyənin müsadirəsi ehtimalına görə Azərbaycan Ədliyyə Nazirliyi təhlükə mənbəyi kimi qiymətləndirilir, Qərbdən maliyyələşmə məsələsinin mediada işıqlandırılmasının problem yaratdığı və bu səbəbdən fəaliyyətlərin təhlükəsiz yerinə yetirilməsinin vacibliyi, layihələrin ictimailəşdirilməsi zamanı xüsusi diqqətin tələb olunduğu, əks halda “Demokratik Təşəbbüslər İnstitutu”nun “insanlar itirə biləcəyi” həyəcanla vurğulanır...

Eyni zamanda, şahid ifadələri də təsdiqləyir ki, Akif Qurbanov Qərb ölkələrinin səfirlikləri ilə olan siyasi və maliyyə əlaqələrini onlarla bağladığı “pullu xidmət müqavilələri” əsasında əsaslandırmağa və leqallaşdırmağa çalışsa da, onun bu fəaliyyəti bütövlükdə Azərbaycan qanunverciliyinə tamamilə zidd olub...

Əlbəttə, çox yaxşı olardı ki, “Toplum TV”nin məhkəmə prosesində iştirak edən media qurumları, ilk növbədə, o səfirlik təmsilçilərindən niyə ölkədə keçirilən başqa məhkəmə proseslərinə deyil, məhz bu proseslərə bu qədər maraq göstərmələrinin səbəblərini soruşaydılar, eləcə də bu səfirliklərin ölkənin ictimai-siyasi sektoruna axıtdıqları çirkli maliyyələşmə faktlarının işıqlandırılmasına daha çox üstünlük verəydilər...

Hələliksə, Azərbaycan cəmiyyəti ifşa zəncirinin növbəti həlqəsində kimlərin olacağını - müxalifət partiyası, tənqidçi media və QHT çətiri altında gizlədilmiş daha hansı təşkilatların başqa ölkələrin qarmağına keçdiyini böyük həyəcan və maraqla gözləyir. 

Qərbin gizli şəbəkəsinin ifşa prosesi davam edir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see434

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see115

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri